AZE RUS ENG
REGİONLAR İNVESTİSİYA ƏMƏKDAŞLIQ İNNOVASİYA
Azərbaycanın iqtisadiyyatı
Nazirliklər və idarələr
Maliyyə sistemi
Təmsilçiliklər və Missiyalar
Biznesə yardımçı təşkilatlar
Xarici kompaniyalar
Qanunvericilik və hüquq
Metodik materiallar
Sərgilər və yarmarkalar
Veb kataloqlar və BD
Ana səhifəyə
Qonaq kitabı
Forum
Yenilənən Bölmələr
Abunə olmag
Baş çəkmə  
Kataloga əlavə
Reklamların sifarişi
Bizimlə əlaqə
Azərbaycan Respublikasının İqtisadi Rayonları.
 Lənkəran iqtisadi rayonu
Azərbaycan Respublikasının Lənkəran iqtisadi rayonu Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın cənub-şərqində yerləşir. İqtisadi rayon şərqdə Xəzər dənizi, qərbdə və cənubda isə İran İslam Respublikası ilə həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi 6,08 min kv.km olmaqla ölkə ərazisinin 7%- ni əhatə edir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi Lənkəran ovalığından və Talış dağlarından ibarət iki hissəyə ayrılır. İqtisadi rayonun ərazisinin 26 faizi meşələrlə örtülmüşdür. Rayon təbii şəraitinə görə ölkənin digər iqtisadi rayonlarından fərqlənir. Dünyada mövcüd 13 iqlim qurşagından 7-nə bu iqtisadi rayonun ərazisində rast gəlinir. Rütübətli subtropik iqlimə malikdir.
İqtisadi rayonun əlverişli təbii şəraiti əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. Əhalinin ümumi sayı 753,7 min nəfər olmaqla ölkə əhalisinin 9,3 %-ni təşkil edir.
Lənkəran iqtisadi rayonunda faydalı qazıntılar azdır. Qeyrifiliz yataqlarından tikinti qumu, gil, çaydaşı, gips və s. ehtiyatlar rayonun iqtisadi inkişafında mühüm rol oynayır. İqtisadi rayon termal mineral sularla zəngindir.

İqtisadi rayonun iqtisadiyyatının əsasını aqrar-sənaye kompleksi təşkil edir. Rütübətli subtropik iqlim, məhsuldar torpaqlar, su və kifayət qədər əmək ehtiyatları kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar yaradır. Kənd təsərrüfatının strukturunda faraş tərəvəzçilik, çayçılıq, üzümçülük, taxılçılıq üstünlük təşkil edir. Azərbaycan Respublikasında istehsal olunan çayın 99 faizi, tərəvəzin 27%-i, taxılın 15 %-i, kartofun 24 %-i, üzümün 13 %-i, meyvənin 10 %-i, bu iqtisadi rayonun payına düşür. Masallı, Lənkəran, Astara rayonlarının ovalıq hissəsi çayçılıq və tərəvəz-bostan məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır. Üzümçülük əsasən Cəlilabad rayonunda inkişaf etmişdir. Lerik və Yardımlı rayonlarında isə əsas sahələr taxılçılıq, heyvandarlıq və tütünçülükdür. İqtisadi rayon mühüm sitrus meyvəçiliyi rayonudur. Sahilboyu zolaqda balıq ovlanır..

Lənkəran iqtisadi rayonunun sənayesi yerli kənd təsərrüfatı xammalı əsasında inkişaf etmişdir və əsasən bitkiçilik və balıqçılıq məhsullarının emalına əsaslanır. Sənaye məhsulunun 90 %-ə qədəri yeyinti sənayesinin payına düşür. Yeyinti sənayesində balıq emalı (Nərimanabad balıq kombinatı, Lənkəran balıq konservi zavodu), çay, meyvə-tərəvəz konservi, şərab istehsalı və tütün emalı mühüm yer tutur. Bundan əlavə, ət, süd, pendir, çörəkbişirmə müəssisələri fəaliyyət göstərir. İqtisadi rayonun ərazisində tikinti materialları, mebel istehsalı, avtomobil təmiri, cihazqayırma, texniki təmir və kənd təsərrüfatı maşınlarının təmiri müəssisələri mövcüddür. Lənkəran rayonunda quşçuluq sənayesi inkişaf etmişdir.

Lənkəran iqtisadi rayonunun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Bakı-Astara dəmir yolu və ona paralel Bakı-Astara avtomobil yolu yük və sərnişin daşımalarında, həmçinin Azərbaycanla İran arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Bakı-Lənkəran hava xətti fəaliyyət göstərir.
Gözəl təbii landşaftı, itsi və soyuq mineral suları, əlverişli iqlim şəraiti və inkişaf etmiş nəqliyyat şəbəkəsi rayonda kurort və turizmin inkişafı üçün əlverişli şərait yaradır. Hazırda rayonda Lənkəran turist bazası, Meşəsu müalicəxanası fəaliyyət göstərir. Rayonun ərazisində ali məktəb (Lənkəran Dövlət Universiteti), orta ixtisas məktəbləri şəbəkəsi, xəstəxanalar, dram teatrı, diyarşünaslıq muzeyi və digər sosial infrastruktur obyektləri fəaliyyət göstərir.

  
 Kənd təsərrüfatı məhsullarının istehsalı
 Sənaye məhsulları istehsalı
 Əsas faydalı qazıntı və tikinti materialları istehsalı üçün xammal yataqları
geri qayıtmaq 
Copyright © 2005