AZE RUS ENG
REGİONLAR İNVESTİSİYA ƏMƏKDAŞLIQ İNNOVASİYA
Azərbaycanın iqtisadiyyatı
Nazirliklər və idarələr
Maliyyə sistemi
Təmsilçiliklər və Missiyalar
Biznesə yardımçı təşkilatlar
Xarici kompaniyalar
Qanunvericilik və hüquq
Metodik materiallar
Sərgilər və yarmarkalar
Veb kataloqlar və BD
Ana səhifəyə
Qonaq kitabı
Forum
Yenilənən Bölmələr
Abunə olmag
Baş çəkmə  
Kataloga əlavə
Reklamların sifarişi
Bizimlə əlaqə
Azərbaycan Respublikasının İqtisadi Rayonları
 Quba-Xaçmaz iqtisadi rayonu
Quba-Xaçmaz iqtisadi rayonu Dəvəçi, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə etməklə Azərbaycanın şimal-şərq hissəsində yerləşir. İqtisadi rayonun ümumi sahəsi 7,66 min kv.km olmaqla ölkə ərazisinin 8,8 %-ni, təşkil edir. İqtisadi rayon özünəməxsus relyef xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən kəskin fərqlənən 4 hündürlük (26 metrdən 4466 metrədək) zonasına- düzənliklər, dağətəyi, orta dağlıq və yüksək dağlıq zonalarına ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. Düzənlik zona üçün isti iqlim xarakterikdirsə, dağlıq zona soyuq-rütübətli və soyuq iqlim şəraitinə malikdir.

Region əhalisinin ümumi sayı 453,1 min nəfər olmaqla ölkə əhalisinin 5,6 %-ni, təşkil edir. Rayonun relyef - iqlim xüsusiyyətlərindən asılı olaraq əhali əsasən Xəzər dənizinin sahillərində yerləşən düzənlik ərazilərdə məskunlaşmışdır. Quba-Xaçmaz iqtisadi rayonunun əsas təbii sərvətləri neft, təbii qaz, yanar şist, qum, çınqıl, gildir. İqtisadi rayon sıx çay şəbəkəsinə və bol su ehtiyatlarına malikdir. İqtisadi rayonun ərazisinin 10-11 %-i meşələrdə örtülmüşdür. Quba-Xaçmaz iqtisadi rayonu mühüm kurort-sanatoriya regionlarından biri olmaqla zəngin təbii-rekreasiya ehtiyatlarına malikdir. Dəvəçi rayonunda Qalaaltı mineral suyu əsasında kurort fəaliyyət göstərir.
Regionun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu sahə əsasən tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşmışdır. Bundan başqa, Dəvəçi, Siyəzən, Xaçmaz rayonlarında üzüm, Qusarda kartof yetişdirilir. İqtisadi rayonun əhali məskunlaşan hər yerində taxıl əkilir. İqtisadi rayonun düzənlik ərazisində maldarlıq, dağətəyi və dağlıq zonasında isə qoyunçuluq inkişaf etmişdir. Siyəzən, Çarxı və Dəvəçidə quşçuluq kompleksləri mövcüddür.

Rayon iqtisadiyyatının sahə strukturunda kənd təssərufatının inkişafı, eyni zamanda, emal sənaye sahələrinin - yüngül və yeyinti sənayesinin inkişafına təkan vermişdir. Rayonun aqrar - sənaye kompleksinin əsasını meyvə - tərəvəz konservi istehsalı (Xaçmaz, Xudat, Quba), balıq emalı (Xudat), xalça toxuçuluğu (Quba, Xaçmaz, Qusar, Qonaqkənd, Pirəbədil) sahələri təşkil edir. Xaçmazda və Dəvəçidə taxıl və süd məhsulları emal edilir. Neft və qaz hasilatı (Siyazən), elektrotexnika zavodu (Quba), metal qırıntılarının emalı (Xaçmaz) iqtisadi rayonun ağır sənayesinin əsasını təşkil edir. Quba, Siyəzən və Xaçmazda kərpic zavodları, tara müəssisələri var.

Quba - Xaçmaz iqtisadi rayonu çox əlverişli nəqliyyat - coğrafi mövqeyə malikdir. İqtisadi rayon ərazisindən keçən dəmir yolu, avtomobil yolları, magistral neft, qaz və su kəmərləri, telekommunikasiya xətləri ölkənin nəqliyyat - iqtisadi əlaqələrinin inkişafında mühüm rola malikdir. Azərbaycanı Rusiya Federasiyası ilə birləşdirən kommunikasiya xətləri bu regiondan keçir.
Regionun sosial - iqtisadi inkişafında, bu ərazilərdə məskunlaşan əhalinin bir çox sosial- mədəni tələbatının (səhiyyə, elmi - mədəni, təhsil) ödənilməsində rayonun sosial infrastrukturu mühüm rol oynayır. İqtisadi rayonda kütləvi kitabxana, teatr, xəstəxana və digər sosial infrastruktur obyektləri mövcuddur.

  
 Kənd təsərrüfatı məhsullarının istehsalı
 Sənaye məhsulları istehsalı
 Əsas faydalı qazıntı və tikinti materialları istehsalı üçün xammal yataqları
geri qayıtmaq 
Copyright © 2005