AZE RUS ENG
REGİONLAR İNVESTİSİYA ƏMƏKDAŞLIQ İNNOVASİYA
Azərbaycanın iqtisadiyyatı
Nazirliklər və idarələr
Maliyyə sistemi
Təmsilçiliklər və Missiyalar
Biznesə yardımçı təşkilatlar
Xarici kompaniyalar
Qanunvericilik və hüquq
Metodik materiallar
Sərgilər və yarmarkalar
Veb kataloqlar və BD
Ana səhifəyə
Qonaq kitabı
Forum
Yenilənən Bölmələr
Abunə olmag
Baş çəkmə  
Kataloga əlavə
Reklamların sifarişi
Bizimlə əlaqə
Azərbaycan Respublikasının İqtisadi Rayonları.
 Aran iqtisadi rayonu
Aran iqtisadi rayonu Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab inzibatı rayonlarını və Əli-Bayramlı, Mingəçevir, Yevlax şəhərlərini əhatə edir.
Aran iqtisadi rayonu əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 21,43 min kv. km olmaqla ölkə ərazisinin 24,7 %-ni, əhatə edir. Aran iqtisadi rayonun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdən ibarətdir. İqtisadi rayonun yalnız ətraf dağlara yaxın hissələrinin səthi mailidir. Region üçün əsasən quru subtropik iqlim xarakterikdir.
İqtisadi rayonun Yaşayış üçün əlverişli təbii şəraiti və əlverişli iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. İqtisadi rayonun ümumi əhalisinin sayı 1667,1 min olmaqla ölkə əhalisinin 20,5 %-ni təşkil edir.

Aran iqtisadi rayonunun əsas yeraltı sərvətləri neftdən, təbii qazdan, yodlu və bromlu mədən sularından, müxtəlif tikinti (mişar daşı, qum, çınqıl) materiallarından ibarətdir. Bu ehtiyatlar əsasən rayonun mərkəz və cənub-şərq hissəsində cəmlənmişdir. Bol günəş enerjisi, Kür və Araz çaylarının ehtiyatları, əkinə yararlı geniş torpağ fondu rayonun başlıca təbii sərvətlərindəndir. Aran iqtisadi rayonu həm yeraltı, həm də yerüstü yanacaq-enerqetika mənbələrinə malikdir.
Aran iqtisadi rayonunda sənaye nisbətən inkişaf etmişdir. Rayonun sənayesi, əsasən, onun cənub-qərbində (Əli-Bayramlı, Salyan, Neftçala) və şimal-qərbində (Minqəçevir və Yevlax şəhərində) cəmlənmişdir. Elektroenergetika rayonun inkişaf etmiş və ixtisaslaşmış sahələrindən birirdir. Minqəçevir şəhərinin iki elektrik stansiyasının istehsal etdiyi enerji ölkədə istehsal edilən enerjinin təhminən 60 faizi həcmindədir.

Kimya, maşınqayırma, yüngül, yeyinti, tikinti materialları istehsalı sənayesi iqtisadi rayonun sənayesinin əsasını təşkil edir. Kimya sənayesi müəssisələri Mingəçevir, Salyan, Neftçala şəhərlərində fəaliyyət göstərir. Salyanda plastik kütlə zavodu, Neftçala yod-brom zavodu mövcüddür. Mingəçevir, Əli-Bayramlı və Salyan iqtisadi rayonun maşınqayırmasının əsas mərkəzidir. İqtisadi rayon ərazisindəki bütün inzibati rayonların mərkəzlərində yeyinti sənayesi müəssisələri mövcüddür. Bu sahəyə aid müəssisələr arasında pambığın ilkin emalını həyata keçirən pambıqtəmizləmə zavodları məhsul istehsalına görə yüksək xüsusi çəkiyə malikdir. Bununla yanaşı, pambıq parça toxuculuğu (Minqəçevir), yunun ilkin emalı (Yevlax), süni gön-dəri istehsalı (Əli-Bayramlı), xalçaçılıq (Qazi Məmməd) yüngül sənayenin mühüm sahələridir. Regionun yeyinti sənayesi meyvə tərəvəz (Sabirabad), şərab, konyak (Göyçay) balıq konservləri (Neftçala), ət-süd və heyvandarlıq və taxıl məhsullarının emalına əsaslanır.

İnkişaf etmiş sənayesi ilə yanaşı Aran iqtisadi rayonu mühüm kənd təsərrüfatı rayonudur. Rayonun kənd təsərrüfatı suvarma əkinçiliyinə əsaslanır. Əkin sahələrini suvarmaq üçün su anbarlarından Yuxarı Şirvan, Yuxarı Qarabağ iri suvarma kanalları çəkilmişdir. Burada yaradılan kollektor - drenaj şəbəkəsi (Baş Şirvan, Baş Mil, Muğan - Salyan kollektorları) şoran torpaqların yuyulmasına, şor suların ərazidən çıxarılmasına xidmət edir. Pambıqçılıq, taxılçılıq, üzümçülük, quru subtropik meyvəçilik, bostançılıq, nohur balıqçılıq kənd təsərrüfatının ixtisaslaşmış sahələridir. Azərbaycanda istehsal olunan pambığın 90%-dən çoxu bu rayonun payına düşür. İqtisadi rayonda həmçinin kartof, şəkər çuğunduru əkilir.
Aran iqtisadi rayonu ölkə əhəmiyyətli maqistral nəqliyyat xətləri (dəmir və şosse yolları) üzərində yerləşir. Bakı şəhərini ölkənin əsas iqtisadi rayonları, Gürcüstan, İran və Türkiyə ilə birləşdirən nəqliyyat yolları bu rayonun ərazisindən keçir. Son vaxtlar beynəlxalq yükdaşımaların çoxalması bu yolların əhəmiyyətini artırmışdır. Yevlax-Bakı hava yolu fəaliyyət göstərir.

  
 Kənd təsərrüfatı məhsullarının istehsalı
 Sənaye məhsulları istehsalı
 Əsas faydalı qazıntı və tikinti materialları istehsalı üçün xammal yataqları
geri qayıtmaq 
Copyright © 2005