AZE RUS ENG
REGİONLAR İNVESTİSİYA ƏMƏKDAŞLIQ İNNOVASİYA
Azərbaycanın iqtisadiyyatı
Nazirliklər və idarələr
Maliyyə sistemi
Təmsilçiliklər və Missiyalar
Biznesə yardımçı təşkilatlar
Xarici kompaniyalar
Qanunvericilik və hüquq
Metodik materiallar
Sərgilər və yarmarkalar
Veb kataloqlar və BD
Ana səhifəyə
Qonaq kitabı
Forum
Yenilənən Bölmələr
Abunə olmag
Baş çəkmə  
Kataloga əlavə
Reklamların sifarişi
Bizimlə əlaqə
Azərbaycan Respublikasının İqtisadi Rayonları.
 Yuxarı Qarabağ iqtisadi rayonu
Yuxarı Qarabağ iqtisadi rayonu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonlarını və Xankəndi şəhərini əhatə edir. İqtisadi rayonun Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl rayonlarının və Xankəndi şəhərinin əraziləri tamamilə, Ağdam və Füzuli rayonlarının əraziləri isə qismən erməni işğalı altındadır. Bu səbəbdən Dövlət proqramı çərçivəsində bu iqtisadi rayon üzrə Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərinin və Tərtər rayonunun inkişafına dair tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda 1482 kv.km ərazini əhatə edən bu üç rayonun əhalisinin sayı 211,8 min nəfərdir. Yuxarı Qarabağ iqtisadi rayonun əsas təbii sərvətləri polimetall filizləri (Mehmanə yatağında), neft, təbii qaz, müxtəlif tikinti materialları (mərmər, sement xammalı, tikinti daşı). Meşələrdə olan xammal ehtiyatları yerli ağac emalı müəssisələrini xammalla təmin etmək üçün kifayət qədərdir.

Yuxarı Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatının başlıca sahələri üzümçülük, taxılçılıq, meyvəçilik, pambıqçılıq və tütünçülükdür. Regionda həmçinin meyvə, kartof, bostan-tərəvəz məhsulları becərilir. Burada barama saxlanması üçün geniş sahələrdə tut bağları salınmışdır. Üzümün məhsuldarlığına görə iqtisadi rayon xüsusilə seçilir.
İqtisadi rayonda heyvandarlıq, əsasən, ətlik-südlük, yüksək dağlıq sahələrdə isə ətlik-yunluq istiqamətlərində inkişaf etmişdir.
İqtisadi rayonun sənayesi yerli kənd təsərrüfatı xammalının emalına əsaslanır. Şərabçılıq, konserv məhsullarının istehsalı, digər k.t. məhsullarının emalı yeyinti sənayesinin əsas sahələridir.

Yuxarı Qarabağ iqtisadi rayonunda olan mineral bulaqlardan (Turşsu, Şırlan), iqlim - balneoloji şəraitdən, meşələrdən istirahət və müalicə üçün istifadə etmək olar. Yuxarı Qarabağ iqtisadi rayonu üzrə işğal olunmuş ərazilər azad edildikdən sonra həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi proqram hazırlanaraq həyata keçiriləcəkdir.

  
 Kənd təsərrüfatı məhsullarının istehsalı
 Sənaye məhsulları istehsalı
 Əsas faydalı qazıntı və tikinti materialları istehsalı üçün xammal yataqları
qeyri qayıtmaq 
Copyright © 2005