Azərbaycan Respublikasının Naxçıvan iqtisadi rayonu Naxçıvan Muxtar Respublikasının ərazisini əhatə etməklə Azərbaycanın əsas hissələrindən kənarda, Türkiyə, İran və Ermənistan əhatəsində anklav ərazidə yerləşir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan iqtisadi rayonu blokada vəziyyətinə düşərək, hal-hazırda çox əlverişsiz iqtisadi-coğrafi mövqeylə üzləşmişdir. Naxçıvan iqtisadi rayonu Naxçıvan şəhərindən, Babək, Culfa, ordubad, Sədərək, Şahbuz, Şərur və Kənqərli inzibati rayonlarından ibarətdir. İqtisadi rayonun ümumi sahəsi 5,5 min kv.km olmaqla ölkə ərazisinin 6%-ni əhatə edir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi Zəngəzur və Dərələyəz silsilərindən və Araz boyu uzanan mailli düzənliklərindən ibarətdir. İqtisadi rayonun ərazisinin 0,5 faizi meşələrlə örtülmüşdür.
İqtisadi rayonun əhalisinin ümumi sayı 364,5 min nəfər olmaqla ölkə əhalisinin ümumi sayı 4,5 %-ni təşkil edir. Naxçıvan iqtisadi rayonunda zəngin təbii ehtiyatlar: molibden, polimetall filizlər, daşduz, dolomit, mərmər, tikinti materialları (travertin, tikinti daşı, qips) yataqları mövcüddür. Eyni zamanda , iqtisadi rayon Badamlı, Sirab, Vayxir və s. kimi 200-dən çox qiymətli mineral su bulaqlarına malikdir. Azərbaycan Respublikasının molibden və dolomit ehtiyyatlarının hamısı, mineral su ehtiyyatlarının 60 %-i Naxçıvan iqtisadi rayonunun payına düşür.
Naxçıvan iqtisadi rayonu inkişaf etməkdə olan sənaye və çoxsahəli kənd təsərrüfatına malikdir. Ölkənin sənaye məhsulunun 2,6 %-i, kənd təsərrüfatı məhsulunun 3,6%-i bu rayonun payına düşür. İqtisadi rayonun sənaye məhsulunun yarıdan çoxu, sənaye-istehsal işçi heyətinin 35%-ə qədəri Naxçıvan sənaye qovşağında cəmlənmişdir. Elektroenergetika (Araz SES), elektrotexnika (Naxçıvan), alüminium qablar, mebel (Naxçıvan), avtomobil təmiri (Şahbuz) müəssisələri sənayenin aparıcı sahələrini təmsil edir. Tikinti materialları sənayesi üzrə dəmir-beton kostruksiyaları (Naxçıvan, Şərur), üzlük materialları zavodları, qum-çınqıl karxanası fəaliyyət göstərir. Yüngül və yeyinti sənaye sahələri rayonun iqtisadiyyatında mühüm yer tutur. Naxçıvan şəhərində sənaye məhsulunun 7 %-dən çoxu yeyinti sənayesinin, 10 %-i isə yüngül sənayenin payına düşür. İqtisadi rayonun yüngül sənayesi tikiş (Naxçivan, Culfa), ipəəyirmə (Ordubad), xalçaçılıq, trikotaj (Naxçıvan) müəssisələri, yeyinti sənayesi isə konserv (Ordubad, Şərur), tütün-fermentasiya, mineral su doldurulması, balıq zavodu (Naxçıvan, Şahbuz, Şərur) müəssisələri ilə təmsil olunmuşdur.
İqtisadi rayonun aqroiqlim şəraitinin müxtəlifliyi kənd təsərrüfatının müxtəlif istiqamətlər üzrə ixtisaslaşmasına səbəb olmuşdur. Əkinçilik süni suvarma şəraitində inkişaf etdirilir. Əkin sahələrinin suvarılması üçün Araz çayından və onun qolları üzərində yaradılmış su anbarlardan istifadə edilir.
Əkinçiliyyin əsas sahələri üzümçülük, tütünçülük, meyvəçilik və taxılçılıqdır. Naxçıvan iqtisadi rayonu ölkənin ikinci tütünçülük rayonudur. İqtisadi rayonda həmçinin şəkər çuğunduru, xına, tərəvəz, gül beçirilir. Ətlik-südlük maldarlıq, ətlik-yunluq və südlük qoyunçuluq, arıçılıq heyvandarlığın əsas sahələridir.
Hazırda Naxçıvan iqtisadi rayonunun Azərbaycan Respublikasının digər rayonları lə dəmir yol əlaqəsi yoxdur. Yeganə əlaqə vasitəsi hava yolu və İran ərazisi vasitəsi ilə avtomobil yoludur. Naxçivan Muxtar Respublikasının enerji təchizatı da İran və Türkiyə vasitəsilə həyata keçirilir.
Naxçıvan Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmaqla geniş sosial-mədəni infrastruktura malikdir. Muxtar respublikanın Milli Elmlər Akademiyasının elmi idarələri, ümumtəhsil, peşə, musiqi məktəbləri, mədəni-maarif, səhiyyə ocaqları və muzeylərlə yanaşı, çoxlu sayda tarixi abidələri mövcüddür.
|
|
|
qeyri qayıtmaq |
|
|