Azərbaycan Respublikası zəngin faydalı qazıntı ehtiyatlarına malikdir. Aparılmış kəşfiyyat işlərinin miqyasına və yataqların işlənmə səviyyəsinə görə bu faydalı qazıntılar arasında ilk yeri neft və qaz tutur. Bundan başqa respublika ərazisində digər faydalı qazıntı ehtiyatları da mövcuddur. Bəzi yataqlarda filiz sənaye əhəmiyyətli həcmdə hasil olunur və dağ-mədən sənayesinin sahələri kimi də formalaşmışdır.
Faydalı qazıntıların digər hissəsi ilə əlaqədar olaraq kəşfiyyat işləri aparılmış və onların ərazisində kiçik ölçülü dağ-mədən çıxarma və dağ-mədən zənginləşdirmə müəssisələri qurulmuşdur. Sovet və Postsovet dövrlərində lazimi investisiyanın çatışmazlığı olması bu yataqlardakı hasilatın dayandırılmasına səbəb olmuşdur.
Azərbaycan metallurgiya sənayesi üçün
böyük xammal ehtiyatlarına malikdir. Dağ-mədən
sənayesində yataqların sənaye əhəmiyyətli
işlənməsinə əsasən XX əsrin
ikinci yarısından etibarən Daşkəsən
alunit (“ZƏYLİK”) və dəmir-filizi
yataqlarında başlanmışdır. “Zəylik”
yatağı aluminium sənayesinin xammal bazasıdır.
Respublikada aluminiumun hasilatından ilkin alüminiumun
elektrolit yoluyla istehsalına qədər tam texnoloji
tsikl mövcuddur. Ölkədə son məhsulun
əldə edilməsi üçün konsentratın
emalı sənayesi olmadığına görə
konsentrat ixrac olunur.
Keçən əsrin ortalarından etibarən Naxçıvan
MR-da Parağaçayda volfram molibden filizi
və Gümüşlüdə qurğuşun-sink
filizi yataqlarının işlənməsi
həyata keçirilir. Volfram molibden və qurğuşun-sink
konsentratları sonrakı emal üçün Azərbaycan
Respublikasdan xaricə aparılırdı.
Kəlbəcər rayonunun ərazisində “Şorbulaq”
civə yatağının sənaye
əhəmiyyətli işlənməsi həyata
keçirilmişdir, həmçinin “Ağıyatçay”
və “Lexçay” yataqlarında kəşfiyyat
işlərinin aparılması nəticəsində
böyük civə ehtiyatlarının olduğu
müəyyən edilmişdir. Naxçıvan MR,
Yuxarı Qarabağ və respublikanın Qazax rayonunda
onlarla sənaye baxımından əhəmiyyət
dərəcəsi müəyyən edilməmiş
civə yataqları mövcuddur.
Azərbaycanda hələ XIX əsrin ortalarından
mis və kobaltın
sənaye əhəmiyyətli ehtiyatları kəşf
olunmuşdur. Gədəbəy rayonunda mis, Daşkəsən
(Kobalt qəsəbəsi) rayonunda isə kobalt yataqlarının
sənaye əhəmiyyətli işlənməsi
həyata keçirilmişdir. Naxçıvan MR-da
Gümüşlü yatağında qurğuşun-sink
filizinin hasilatı həyata keçirilmişdir.
20-ci ərsin ortalarında mis və kobalt hasilatı
dayandırılmışdır.
Naxçıvan MR-da daş duz ehtiyatıarının
ümumi həcmi bir milyard tondan çoxdur. XX əsrdə
yataqların sənaye məqsədli işlənməsinə
baxmayaraq, hazırda çıxarılan duzun həcmi
xeyli azalmışdır.
Respublikanın iqtisadi həyatında qızıl
yataqlarının işlənməsi ilə əlaqədar
layihələr əhəmiyyətli rol oynayır.
Azərbaycan geoloqları tərəfindən Tovuz,
Gədəbəy, Kəlbəcər, Zəngilan,
Daşkəsən rayonlarında və Naxçıvan
MR-da qızıl ehtiyatları kəşf
olunmuşdur. Bunun nəticəsində Azərbaycan
hökuməti və “RV Investment Services Group LLC”
amerikan şirkəti arasında “Kələki”,
”Shekerdere”, “Ağyurd”, “Gədəbəy” və
digər yataqların işlənməsi ilə
əlaqədar müqavilə imzalanmışdır.
|