Bilirdiniz ki, şüurlatı ilə istənilən adam işləyə bilər. Bunu etmək üçün düzgün istiqamət seçmək və dəqiq psixoloji test tapmaq lazımdır. Bunun üçün yazımızda sizə “Hansı işi seçməliyəm”? testi təqdim edirik.
Onu da qeyd edək ki, bu test britaniya psixoloqları tərəfindən işçilərin fəaliyyətinin dəyişdirilməsi üçün xüsusi olaraq hazırlanmışdır. Bu test üsulu ilə işəgötürənlər insanlara peşələrini tapmağa kömək edir və eyni zamanda komandanın iş qabiliyyətini artırır.
Şəkillər vasitəsilə psixoloji testlər necə aparılır?
Testdən dəqiq nəticə əldə etmək üçün aşağıdakıları etməlisiniz:
• Əvvəlcə diqqətinizi toplayıb, təqdim olunan şəkillərə baxın.
• Çox firikləşmədən şəkillərdən birini seçin.
• Əgər cavabları əvvəlcədən oxumusunuzsa, testinizin nəticəsi düzgün hesab edilmir.

Şəkilə diqqətlə baxdıqdan sonra təqdim olunan bütün ağacların izahı aşağıdadır.
Hansı işə daha çox meyllisiniz: TEST NƏTİCƏLƏRİ
Cavablar sıra nömrələrinə uyğundur:
1. Hər bir işdə lider olmağa çalışırsınız. Yüksək standartlara sahibsiniz və həm özünüzə, həm də başqalarına qarşı çox tələbkarsınız. Rəhbərlik vəzifələrində özünüzü rahat hiss edəcəksiniz.
2. Sərtlik və şəffaflıq – bunlar məhz sizin xüsusiyyətlərinizdir, amma buna baxmayaraq insanları özünüzə cəlb edə bilirsiniz. Həm şəxsi, həm də maddi rifahınızı yüksək qiymətləndirirsiniz. Siz məhz biznesmen olmalısınız.
3. Siz çox ünsiyyətcil və hər hansı bir insana necə bir yanaşma tapacağınızı bilirsiniz. İstənilən xidmət sektorunda və istənilən vəzifədə işləyə bilərsiniz. Əsas odur ki, insanlar tərəfindən əhatələnmiş olasınız. Bu sizə enerji verir.
4. Fikirləriniz və düşüncələriniz əsil bir dəyərdir! Reklam şirkəti, PR şirkəti, hər hansı bir təşkilatın biznes inkişafı sektorunda çalışmaq – bütün bunlar sizə mükəmməl uyğun gəlir. Əsas odur ki, ideyalarınızı həyata keçirməkdən qorxmayasınız.
5. Çətinliyi sevən və təhlükələrdən qorxmayan stresə davamlı bir insansınız. Hüquq-mühafizə orqanlarında və hər hansı bir məsuliyyət tələb edən rəhbər vəzifədə işləmək sizin üçün ən yaxşı fəaliyyət növü ola bilər.
6. Siz çox məsuliyyətli və punktualsınız, həmçinin mükəmməl nitqiniz var. Öyrədici bir vəzifədə çalışsanız, uğurlu bir kadr ola bilərsiniz.
7. Xüsusi cazibədarlıq, həvəs və cəmiyyətin tələbatı: bir sözlə mükəmməl bir sosial işçi ola bilərsiniz. Eyni zamanda dünyaya işıq gətirməyiniz sizin üçün vacibdir.
8. Yüksək IQ səviyyəsinə sahib texniki imkanlara malik olan bir fərdsiniz. Proqramlaşdırma, İT texnologiyaları, hər hansı bir elm sahəsi – bu sahələrdə misli görünməmiş uğurlar qazana bilərsiniz!
9. Hər bir işə yaradıcı bir yanaşma, zərif bir zövq və təbii maqnetizm – bunların hər biri sizə aiddir. Aktyorluq, musiqi sənəti, moda, dizayn işləri: belə bir işlərdə özünüzü suda balıq kimi hiss edəcəksiniz!
Təqdim olunan test sırf məlumatlandırıcıdır. Nəticənizin sizə ilham verdiyini hiss edirsinizsə, onda daha yaxından nəzər salmalısınız. Bunun üçün, www.cagir.az –a daxilb olub, Çay Yoldaşı xidmətinin Şəxsi İnkişafınıza dair təcrübəli psixoloq və yaxud uğurlu bir şəxs ilə komfortlu bir abu-havada, qeyri-ənənəvi psixoloji konsultasiyasından yararlana bilərsiniz.
Hər bir işinizdə uğurlu olmağınızı arzu edirik!
Təşəkkürünüzü, bu maraqlı testi dostlarınızla paylaşaraq, bildirə bilərsiniz.
