Ən çox hansı saç rənginə üstünlük verilir?

Saç rənginə qərar vermək qadınlar üçün ən önəmli məsələ olub eyni saç düzümünə qərar vermək qədər vacibdir. Araşdırmalara görə, qadınlar ildə ən azı iki dəfə saç rənglərini dəyişdirmək və özlərinə ən çox yaraşacaq saç rənginə sahib olmaq üçün gözəllik salonuna üz tuturlar. Gözəllik salonu isə yeni trendlərə əsasən saç rəngləri təklif edir. Bu yazıda sizə ən populyar habelə ən çox üstünlük verilən saç rənglərindən danışmaq istəyirik.

Saçlarınızı boyamaq üçün salona gedən zaman əvvəlcə yeni trend olan saç rəngi ilə tanış olmaq istəyirsiniz. Ancaq bəzən bu saç rənginin sizdə necə görünəcəyini və dəri rənginizə uyğun olub olmadığını təxmin edə bilmirsiniz. Nəticədə təəssüf ki, məyus olmaq riski ilə də qarşılaşa bilərsiniz. Bu səbəbdən, saç rəngləri haqqında ətraflı danışacağıq.

Blond saç rəngi

Saç rəngləri arasında klassik hala gələn və bir çox çalarlara sahib olan bu rəng hər dövrdə populyarlığını qoruyub saxlayan rənglərdəndir. Daimi baxım tələb edir. Hər nə qədər açıq dərisi olan xanımlara uyğundur deyilirsə də, zaman zaman əsmər dərili xanımların da üstünlük verdiyini görə bilərik.

Qızılı saç rəngi

Bu rəng əsasən ağ dərili xanımlar üçün uyğundur. Xüsusilə qadınlar göz rənglərini vurğulamaq üçün bu rəngə üstünlük verirlər. Saçınız sarıdırsa, qızıl sarısını sınaqdan keçirə bilərsiniz. Kölgələri təbii saç rənginizdə, 1-2 ton açıq rənglərdən istifadə edə bilərsiniz. Sapsarı saçlardan isə uzaq durun. Açıq sarı saç uclarındakı tünd kölgələr də gözəl görünür.

Zərif qızılı

Qızılı tonlara da yer verə bilərsiniz, amma qətiyyən parlaq olmamalıdır. Qızılı tonlara üstün verirsinizsə, kölgələr daha tünd, ya da seçdiyiniz rəngə yaxın tonlarda olmalıdır. Qızıla çalan qəhvəyi uğurlu rəng ola bilər.

Açıq qumral

Açıq qumral saç rəngi daha çox ağ dərili xanımlara yaraşır. Bütün saçı bu rəngə boyamaq istisna olmaqla, saç uclarına ombre tətbiq etməklə bu rəngdən istifadə edə bilərsiniz.

Platinum sarısı

Deyə bilərik ki, bu rəng sarışınlığın ən son nöqtəsidir. Ağ rəngə yaxın bir rəngdir. Bu saç rənginin baxımı çox çətindir və mütəmadi olaraq qorumaq lazımdır. Xüsusilə xlor və dəniz suyundan təsirləndiyini söyləyə bilərik.

Torpaq rəngləri

Torpaq rəngləri təbii və isti rənglərdir. Seçiminizi qəhvəyi rəngin üzərində etmisinizsə, orta tonlara üstünlük verin. Təbii saç rənginizə yaxın olması və dəri rənginizlə ziddiyyət təşkil etməməsi də çox önəmlidir. Xoş görünmək üçün saç rənginizdən 1-2 ton daha açıq rənglərə müraciət edə bilərsiniz. Şokolad, tünd bal və açıq qəhvəyi kölgələrlə (balyaj) saçınızı daha həcmli göstəmərəyə nail olarsınız. Mütəxəssislər daha gənc görünmək istəyən orta yaşlı xanımlara kül və qara saç rənglərindən uzaq durmağı tövsiyə edir.

Kül rəngləri

Son illərdə ən populyar rəng olan boz, alındırılması ən çətin olan rəngdir. Buna görə evdə sınamamağı tövsiyə edirik. Bu rəngin solğun dəri rənginə malik olan xanımlardan başqa hər kəsə yaraşacağını söyləyə bilərik. Makyaj ilə istifadə etməyinizi məsləhət görürük, əks təqdirdə solğun görünməyinizə və yaşınızın daha böyük görünməsinə səbəb ola bilər. Orta yaş xanımlara tövsiyə edilmir. Lakin daha irəli yaşlarda saçlarını kül rənglərinə boyaya bilərlər.

Qara saç rəngi

Qadınlar arasında çox populyar olan bu saç rəngi, xüsusən də ağ dərili qadınlarda istifadə edildiyi zaman üzü aydınlaşdıran bir təsirə malikdir. İstənilən saçlara, o cümlədən evdə asanlıqla tətbiq oluna bilər, ancaq içərisindəki piqmentlər səbəbindən qara saç rəngini dəyişmək elədə asan deyil. Qara saç rəngi orta yaş xanımlara tövsiyə edilmir. Üzdəki qüsurları, qırışları daha da aydın göstərir. Orta yaşlı xanımlarda qara saç rəngi bir az süni görünür. Saç rəngi seçərkən təbii saç rəngini, gözlərin rəngini də nəzərə alın. Dəbdən asılı olmayraq, sizə yaraşanı seçin.

Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Saça qulluq, o cümlədən də saçların rənglənməsi xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Peşəkar usta, keyfiyyətli işdən əmin ola bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir!

cagir.az -Ən çox üstünlük verilən saç rəngləri

cagir.az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: