Yay aylarında dərinin sıx-sıx günəş işığına məruz qalması nəticəsində meydana gələn günəş yanığı yay boyu görülən narahatçılıqlardan biridir. Günəş yanığı yaranan bölgə çox həssaslaşır və insanın bir müddət bundan əziyyət çəkməsinə səbəb olur. Onu da qeyd edək ki, gün yanıqlarının müalicəsinə diqqət verilmirsə, arzuolunmaz nəticələr yarana bilər. Xüsusilə yaz aylarında günəşdən yaxşı qorunmaq lazımdır. Bunun üçün isə gündən qoruyan bir çox təbii üsullar mövcuddur. Bəs görəsən günəş yanmasına qarşı nə yaxşı təsir göstərir? Gün yanığı necə keçir? Günəç yanığı zamanı evdə hansı təbii üsullardan istifadə etmək olar? Yazıya yaxın əyləşin! Günəşdən qoruyan təbii üsulların bəzilərini sizinlə sizinlə bölüşürük…
Günəş yanması simptomları insandan fərqli olaraq dəyişir. Bundan əlavə, ultrabənövşəyi şüalara məruz qalma müddəti də bu simptomlara təsir göstərir.
Günəş yanmasının əsas simptomları aşağıdakı kimi verilə bilər:
- Dəridə ağrı və qızartı
- Dəri daha gərgin və isti olur
- Bir neçə gün ərzində dərinin soyulması
- Bulantı və qusma
- Baş ağrısı
- Qızdırma
- Titrəmə
- Boyunun tutulması
- Susuzluq
- Gözlərin həssaslaşması
Günəş yanığına qatıq və ya diş pastası sürtmək olarmı?
Günəş yanıqlarına qatıq və ya diş pastası tətbiq etmək ən çox yayılmış səhvlərdən biridir. Elmi baxımdan faydası olmasa da, üstəlik təmizləməkdə çətindir. Buna görə, günəş yanmasına qarşı qatıq və ya diş pastası tətbiq etməkdən çəkinməlisiniz.
Süd
Süd vannası günəş yanıqları səbəbindən yaranan istiliyi sakitləşdirə bilər. Zülalları iltihabı azaltmağa və dərini sakitləşdirməyə kömək edər.
Alma sirkəsi
Alma sirkəsinin çox yönlü şəfa mənbəyi olduğu bilinir. Dərinin pH balansını tənzimləyən, və beləliklə onu rahatlaşdıran alma sirkəsi yanmış bölgəyə su ilə qarışdırılaraq tətbiq edilə bilər. Bunu bir stəkan suya bir çay qaşığı alma sirkəsi sirkəsi əlavə etməklə edə bilərsiniz.
Xiyar
Xiyar təbiətin ən yaxşı antiinflamatuar komponentlərindən biridir. Dəriyə təravətləndirici və bərpaedici təsir göstərir. Xiyar suyu, aloe vera və hind qozunun südünü qarışdıraraq dərinizi sakitləşdirə və lazım olduğu miqdarda nəm verə bilərsiniz. Soyuq halda olsun deyə soyuducuda saxlayın.
Çay
Xüsusilə günəşdə uzun müddət qalacağınız və yatacağızın vaxt üstünlük verə bilərsiniz. Gözlərinizə dəmlənmiş və soyudulmuş çay paketləri qoyaraq rahatlaşa bilərsiniz. Bundan əlavə, hamam suyuna və ya vannaya da əlavə etməklə yanıqları sakitləşdirə bilərsiniz.
Lavanda yağı
Ətrindən əlavə yüksək təsirli bir nəmləndiricidir. Buna görə günəş yanıqlarının müalicəsində istifadə olunur. Ən çox istifadə edilən bitki mənşəli üsullardan biri olan lavanda yağı – yandırılmış dərini nəmləndirir və ağrıları azaltma xüsusiyyəti sayəsində ağrıdan qurtulmanıza imkan verir.
Aloe vera
Günəş yanığı müalicəsində aloe vera ya da üstünlük verilir. Çünki nəmləndirici və rahatlaşdırıcı təsir göstərən bir yağdır. Yanmış bölgəyə sürtüləndə ağrıları aradan qaldırır və dərini sərinlədir.
Hər zaman baxımlı olun!
Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir!