Dodaq boyasını necə qalıcı edək?

Xanımlar, Makiyajı tamamlayan dodaq boyasını harasa getdiyinizdə yeniləməkdən bezmisizsə, bu gözəllik sirrimiz sizin üçündür! Bu yazıda sizə sadə məsləhətlərlə dodaq boyanızı daha qalıcı edə bilərsiniz ondan danışacağıq! Elə isə bu kiçik eyni zamanda önəmli gözəllik məsləhətini almaq üçün nəzəriniz yazıda olsun!

Parlaq dodaq boyası seçin

Parlaq dodaq boyalarını üstdən deyil, mat dodaq boyasının altından sürtün. Parlaq dodaq boyası tərkibindəki piqmentlər sayəsində dodaqları qidalandırmağa yardım edir. Qalıcılığı daha çoxdur.

Dodaqlarınızı hazırlayın

Pomada ən yaxşı qaldığı səth hamar bir səthdir. Dodaq boyanızı tətbiq etməzdən əvvəl dodaqlarınızı yaxşıca təmizləyin. Quru və çatlamış dodaqlarınız üçün dodaq boyanızı tətbiq etməzdən əvvəl quruluğu azaldan dodaq nəmləndiricidən (dodaq balzamından) istifadə edin. Lakin dodaq boyanızı çəkmədən öncə nəmləndiricini salfetlə silməyi unutmayın. Sonra isə dodaq boyanızı çəkin.

Dodaq qələmindən istifadə edin

Dodaq qələmləri də çox rəng piqmentinə malik olduğu üçün uzunmüddətli qalıcılıq təmin edəcəkdir. Dodaq boyanıza uyğun olacaq birini və ya bir ton açıq bir rəng seçin və dodağın ortasından başlayaraq kənarlarına doğru çəkin.

Son toxunuşu toz kirşanla edin

Qadınlar dodaq boyasını kirşanla tamamladıqda dodaqlarının quruyacağını düşünürlər. Ancaq bir də belə sınayın. Əvvəlcə ağzınızı bağlayın, sonra gülün, sonra dodaqlarınıza yumşaq bir fırça ilə yüngül formada toz kirşan çəkin.

Tonal krem tətbiq edin

Dodaq boyanızın həqiqətən öz rəngini əks etdirməsini istəyirsinizsə, onu sürməzdən əvvəl dodaqlarınıza bir az tonal krem tətbiq etməyinizdə fayda var.

Bazanı sınaya bilərsiniz

Dodaq qələmini istifadə etmək sevmirsinizsə, baza istifadə edərək də pomadanızı daha da qalıcı edə bilərəsiniz. Üst dodağınızın orta qisiminə bazadan kiçik bir miqdar tətbiq edin və yayın. Dodaq boyasını heç vaxt fırça ilə vurmayın. Artığını bir toniklə təmizləyin.

Hər zaman baxımlı olun!

Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini (Saça qulluq, Makyaj, Manikür, Pedikür, Tüklərin alınması) olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir!

cagir.az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: