Bu yazımızda sizə qısa müddət ərzində Bakıda və hətta deyərdik ki, ölkəmizin müxtəlif şəhərlərində populyar olan, yeni və fərqli oyunları ilə gəncliyi əyləndirən və ilhamlandıran bir məkandan – Talpa Oyunlarından danışacağıq. Bəli, əyləncəyə yeni bir nəfəs gətirən – TALPA OYUNLARI! Talpa Oyunları – qərb filmlərində müşahidə etdiyimiz fiziki oyunları müxtəlif məişət vasitələrindən – stəkan, pinq-ponq topları, dəmir banka, qaşıq və s. – istifadə etməklə bir-birindən maraqlı oyunlar oynamağa imkan yaradır. Gəlin indi, Talpa Oyunlarının gəncliyə və eyni zamanda bütün yaş qruplarına gətirdiyi faydalarından bəhs edək!
1. Rəqəmsal dünyadan Real dünyaya çağırış
Talpa oyunlarının təsisçisinin ağzı ilə desək “…uşaqlara artıq ortada qaldı, 7 şüşə anlayışları ancaq nağıl kimi gəlir. Və ya gənclərimiz asudə vaxtlarını ya çayxana, ya playstation, ya da sosyal şəbəkələrdə keçirir. Biz həm əyləncə, həm idman atmosferası yaradaraq onların özlərinin də bilmədikləri tərəflərini kəşf etmələrinə vəsilə oluruq. Və son olaraq onu deyə bilərəm ki, artıq bəy və xanımların birlikdə eyni məkanda əylənə bildiyini gördükdə hədsiz sevinirəm.”
2. Şəxsi bacarıqların inkişafı və idarə olunması
Talpa oyunlarının instagram səhifəsinin hədsiz maraqlı olmasından savayı siz orda mütəmadi paylaşılan “Talpa oyunu fəlsəfəsi” ilə tanış ola bilərsiniz. Xüsusilə hazırlanmış bu postlar hər oyunu izah etməklə yanaşı, onun insana gətirdiyi fayda və üstünlüklərini də izah edir. Məsələn, əksər oyunların gətirdiyi faydalardan bəziləri: diqqət dağınıqlığının aradan qalxması, nəticəyə fokuslanmaq və planlama qabilliyyətini artması. Talpa oyunları eyni zamanda komanda ruhu, həyəcan hissinin idarə olunması və liderlik qabilliyyətini də artırır.
3. Parti və şənliklərin daha əyləncəli keçməsi
Talpa oyunlarının yeni budaqlarından biri kimi Gəzən Talpan sizin bütün növ şənliklərinizə (toy, nişan, ad günü, parti və s.) öz oyunlarını da daşımağa imkan verir. Talpa oyunları öz oyunlarından savayı əyləncənizə DJ, Animator, Fotoqraf kimi təklifləri də verir. Talpa Oyunlarını tədbirinizdə görmək istəyirsinizsə, bu link vasitəsilə sifarişinizi verə bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.
4. Yeni masaüstü oyunlar
Artıq çoxlarımız eyni (domino, nərd, uno və s.) masaüstü oyunlarını görməkdən və oynamaqdan bezmişik. Talpa oyunlarının digər budaqlarından biri olan “Board Talpa” tanınmış müxtəlif növ masaüstü oyunları Azərbaycan dilində istehsal etməklə yanaşı, yeni masaüstü oyunları ixtira etməkdədir. Bu silsilədən TapIt oyununu misal göstərmək olar.
Talpa Oyunlarını həm Instagram, həm Facebook, həm də Tiktok hesablarından izləyə bilərsiniz.