Suya necə qənaət edək?

Çox məşhur bir deyim var: Su həyatın mənbəyidir. Bu mənbəyə qənaət etmək, ondan doğru istifadə edərək dünyamıza dəstək olmaq öz əlimizdədir. “Çox gözəl! Bəs bunu necə edək?” sualını verə bilərsiniz. Biz isə sizə bunu necə etməli olduğunuzu aşağıdakı yazıda danışırıq. Gəlin, birlikdə oxuyaq!

1. Duş suyuna qənaət edin

  • Duşdakı su istifadənizi yarıya endirmək üçün qənaətli bir duş başlığı seçin. Ekonomik duş başlığı adi bir duş başlığı ilə müqayisədə dəqiqədə 6 litr suya ekonomiya edir. Beləliklə, 10 dəqiqəlik duş alarkən adi duş başlığı ilə 100 və ya 120 litr, ekonomik duş başlığı ilə isə 60 litr su istifadə edəcəksiniz. 
  • Tualetdə iki düyməli su qabını seçərək daha az su istifadə edin. İki düyməli su sistemləri kiçik ehtiyaclar üçün kiçik bir düyməni (3 litr) və daha böyük ehtiyaclar üçün böyük bir düyməni (6 litr) təklif edir.
  • Təraş edərkən, əllərinizi yuyarkən və ya dişlərinizi fırçaladığınızda boş yerə suyun axmasına icazə verməyin. Bununla dəqiqədə 6 litr suya qənaət edə bilərsiniz! Suya qənaət etmək üçün dişləri yaxalayan zaman bir stəkan su istifadə etməyiniz tövsiyə olunur.
  • Kranınızdakı su axını azaltmaq üçün başqa bir alternativ üsul isə axın azaldıcılarından istifadə etməkdir. Bu zaman suya 70%-ə qədər qənaət etməyə imkan verir.

Təcrübəli santexniklərimiz hamam və tualetdə yaranan kanalizasiya tutulmaları, su sızıntıları kimi problemləri aradan qaldıracaq. Həmçinin hamam tualet və ya mətbəxinizdə olan su krantı, unitaz və unitaz çəni, duş kabin, su nasosusu filteri kimi vacib santexnika avadanlıqlarının quraşdırılması və təmirini edəcəkdir.

2. Mətbəxdə suya qənaət edin

  • Düşündüyünzün əksinə olaraq bir qabyuyan maşın tərəfindən istifadə olunan suyun miqdarı 15 ilə 20 litr arasında dəyişir. Lakin qabları əl ilə yuyarkən 30 və ya 80 litr su istifadə edirsiniz. Buna görə qabyuyan maşını doldurmaq daha qənaətlidir. Əgər qab-qacaq və bıçaqlarınızı əl ilə yumaq istəsəniz, suyu iki qaba doldurub istifadə edin: biri yumaq üçün, digəri isə yaxalamaq üçün. Meyvələrinizi və tərəvəzlərinizi yuyarkən, bitkilərinizi suvararkən suya qənaət etməyə çalışın.
  • Və nəhayət, demək istəyirik ki, qabyuyan maşınını seçərkən onun daha az su istifadə edib etməməyi ilə maraqlanın. Eco və ya yarı-yükləmə funksiyası ilə olan modellərə də müraciət edə bilərsiniz.

3. Ümumiyyətlə suya qənaət etmək üçün göstərişlər

  • Bacara bilsəniz, bağçanı suvarmaq və ya təmizləmək üçün yağış suyu toplayın. Bitki suvarma zamanı istifadə olunan suyun miqdarını daha yaxşı idarə etmək üçün bağ şlanqlarını suvarma sistemi ilə əvəz edin.
  • Suyun buxarlanmasını əhəmiyyətli dərəcədə azaltmaq üçün səhər erkəndən və ya axşam bitkilərinizin köklərini sulayın. Bu, sizi bitkilərinizi tez-tez sulamaqdan xilas edəcəkdir.
  • Həm evin daxilində, həm də çöldə və bağda bütün su sızmalarına diqqət yetirin. Bir damcı kranın saatda təxminən 4 litr su itirdiyini və ya ildə təqribən 35.000 litr su itirdiyini bilirdinizmi? Tualetdə sızma olduqda gündə 25 litrə qədər su itir.
  • Paltarlarınızı yumaq üçün, paltaryuyan maşını işə salmadan öncə, maşın dolana qədər gözləyin. Beləliklə, bir neçə kiçik yuma əvəzinə böyük bir yuma üçün daha az su istifadə edəcəksiniz.

Su əvəzedilməz bir mənbədir və onu xilas etməyin yollarını tapmaq borcumuzdur. Bu ipuclarının hamısı çox miqdarda su qorumağa kömək edəcəkdir.

cagir.az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: