Günümüzdə keçirdiyimiz hər anı ölümsüzləşdirmək istəyirik. Gəzintiyə çıxarkən, yeni doğulmuş körpəmizlə vaxt keçirərkən və ya tədbirlərdə əlimiz ilk olaraq telefona gedir. Bunu daha da peşəkar etmək üçün isə fotoqrafa üz tuturuq. Bəs evdə özümüz bu tip peşəkarlığa yaxın şəkilləri necə çəkək? Bunun üçün bizə lazım olan foto çəkiliş texnikalarını sizə təqdim edirik!
Mətbəxdəki vaxtını yaradıcı istifadə et.
Zamanınızın çoxunu evdə keçirdirsinizsə və xüsusilə bu vaxtlarda fərqli yeməklər və reseptlər yoxlayırsansa, yeməkləriniz qədər yaradıcı şəkillər də çəkə bilərsiniz. Bu məqamda sadəcə yeməyin təqdimatını deyil, eyni zamanda hazırlanma mərhələlərini də çəkə bilərsiniz. Həmçinin, səhnəni hazırlayarkən mətbəx ləvazimatlarından da bir kompozisiya yarada bilərsiniz.
Fərqli işıqlandırmadan faydalanın.
Fotoqrafçılıq ilə məşqul olursunuzsa, hər zaman istədiyiniz şərtləri təmin edə bilmədiyinizi bilirsiniz. Məsələn, sizin üçün ideal işıq, ideal yerləşmə tapmaq çətin ola bilər. Ancaq evini bir studiya olaraq istifadə edərək, evindəki fərqli rənglər və işıqlardan faydalana bilərsiniz. Yaxın və uzaq işıqları istifadə edərək, Bokeh texnikasını dahi formada əks etdirə bilərsiniz.
Parçalar ilə aura yaradın.
Əgər evdə bir studiya hazırlamaqda çətinlik çəkirsinizsə, evinizdəki parçalardan faydalana bilərsiniz. Fərqli dizaynlarda, işıq keçirtməsinə və toxunmasına sahib parçaları istifadə edərək, özünüzə arxa fon hazırlaya bilərsiniz. Eyni zamanda parçaları sadəcə fon olaraq deyil, yaradıcı perspektivlər tutmaq üçün dəyərləndirə bilərsiniz.
Evdə yaradıcı ssenarilər: Makro çəkiliş.
Hər bir küncünü dekorasiya etdiyiniz və sizin üçün dəyərli mənalar kəsb edən hər bir obyekti çəkə bilərsiniz. Xüsusilə makro çəkim texnikaları ilə evinizdəki kiçik detalları böyük bir ssenariyə daxil edə bilərsiniz. Bunun üçün əyləncəli bir arxa plan və istifadə etməkdən həzz alacağınız məmulatları bir yerə yığmağınız kifayət edəcəkdir.
Evdə hazır olan filtrlərdən istifadə edin.
Şəkil çəkmək üçün istər telefonunuzu, istər fotoaparatınızı istifadə edərək, filtlər ilə şəkillərin daha yaradıcı olmasını təmin edə bilərsiniz. Bunun üçün əslində evdə olan məmulatlardan özünüzə filtrlər hazırlaya bilərsiniz. Məsələn, rəngli yapışqan lentləri kamera kənarlarına yapışdıraraq, rəngli görüntülər yarada bilərsiniz. Eyni formada rəngli torbaları kamera lensinə keçirdib, rəng qırılmalarından faydalana bilərsiniz.
Pərdələri istifadə edin.
Evinizdə olan pərdələrin işıq keçirtmə faizini və ya strukturlarını istifadə edərək, özünüzə çox gözəl aura hazırlaya bilərsiniz. Qalın və yaxud incə parçalı pərdələrdən faydalanaraq, işıq və qaranlığı özünüz tənzimləyə bilərsiniz. Pərdələri istifadə edərək, xüsusilə portret şəkillərdə yaradıcı ola bilərsiniz.
Ekranlar vasitəsilə arxa fonlar yaradın.
İndi getmək istədiyiniz yerlər, gəzmək istədiyiniz ölkələr ola bilər. Yenə də bu vaxt səyahət edə bilmirsinizsə, bu istədiyiniz şəkli çəkməyinizə mane ola bilməz. Televizorun və ya kompüterin ekranını istifadə edərək, özünüzə arxa fon yarada bilərsiniz.
Əgər sizə professional çəkiliş lazımdırsa, Cagir.az-ın fotoqrafları xidmətinizdədir!