Masaj bizim üçün yorğunluqlardan qaçış üsulu, istirahət etmək üçün bədənimizə taıdığımız şansdır. Bəzən bədəndə yığılıb qalan yorğunluq, ağrılar gündəlik həyatda bizi daha bitkin və halsız edə bilir. Buna səbəb isə aylıq büdcəmizdə həftəlik və ya iki həftədə bir masaj qəbuluna kifayət qədər vaxt ayıra bilməməyimizdir. Ancaq unutmamaq lazımdır ki, maddi imkanınız masaja bəs etmirsə bu əzələlərinizin də sizə hər gün ağırlıq etməsi mənasına gəlmir. Maddi imkana uyğun olaraq münasib qiymətə masaj xidməti tapmaq mümkündür. Necə? Bunu aşağıdakı yazımızda daha ətralı izah edəcəyik. İndi isə gəlin həyat tərzimizə uyğun hansı sıxlıqla masaj qəbul etməliyik aydınlaşdıraq!
- Hamiləsinizsə: Ayda 2 dəfə
Hamilə olduğunuz zaman, ehtimal olunur ki, kilo alacaqsınız. Beləliklə, təzyiqin çoxu iri oynaqlarınıza – çanaqlarınız, dizləriniz və belinizə düşəcəkdir. Masaj bu təzyiqi azaltmağa kömək etməklə yanaşı, ananın rahat yuxuya getməsi və daha asan hərəkət etməsinə yol açacaqdır. Yalnız ilk üç aylıq dövrdən sonra sifariş etdiyinizdən əmin olun. Doğuşdan sonra isə övladınızın həkim məsləhətilə mütəmadi masaj qəbulu isə tövsiyyə olunandır.
- Yuxusuzluqdan əziyyət çəkirsinizsə: Ayda 4 dəfə
Masaj qan dolaşımını artıraraq, parasimpatik sinir sisteminin aktivləşdirir və bu şəxsə rahatlıq gətirərək yuxusuzluğu aradan qaldırır. Beləliklə, gecələr könülsüz olaraq gecə bayquşları ilə “danışanlardansınızsa”, həftəlik masaj sizə yuxuya getməyə kömək edəcəkdir. Bunun üçün Cagir.az-ın Relax Masajı xidmətindən yararlana bilərsiniz. Təcrübəli, peşəkar masajist ev şəraitində sizə relax, rahatlayıcı masaj xidmətini göstərəcəkdir. Bu xidmət yalnız Qadınlar üçün nəzərdə tutulmuşdur.
- Həftədə 40+ saat masa arxasında əyləşirsinizsə: Ayda 2 dəfə və ya Aylıq
Son zamanda olduqca məşhurlaşan və ifrat oturaq həyat tərzi səbəbindən ortaya çıxan osteoxondroz, kifoz və s. kimi xəstəliklərin qarşısını almaq həyatımızın arzuolunmaz hissəsinə çevrilmişdir. Bu tipli xəstəliklərin ortaya çıxması ən son anda baş verdiyindən, ən azı ayda bir dəfə profilaktik müalicəvi masaj tövsiyyə olunur.
- Əgər siz idman cəngarəvisinizsə: Ayda 4 dəfə
Araşdırmalar göstərir ki, tərdən tər tökənlərin hər zaman sıx əzələ toxumalarını genişləndirib uzadılmasına ehtiyacı vardır. Bununla həftəlik seanslar qəbul etməklə siz, xüsusi əzələ qruplarını hədəf ala bilərsiniz. Məsələn, futbolçuların ağır ayaq idmanından sonra əzələlərinin bərpa olunması kimi.
- Əgər özünüzü stresli hiss edirsinizsə: Ayda 4 dəfə
Gecə yuxusunun, mədə-bağırsaq sisteminin və hətta avtoimmun sisteminin bir başa əlaqəli olduğu bu narahatlığı həftədə 1 saat ayırmaqla aradan qaldıra bilərsiniz. Bunun üçün Cagir.az-ın Relax Masajı xidmətindən yararlana bilərsiniz. Təcrübəli, peşəkar masajist ev şəraitində sizə relax, rahatlayıcı masaj xidmətini göstərəcəkdir. Bu xidmət yalnız Qadınlar üçün nəzərdə tutulmuşdur.