Aspiratorun təmizlənmə qaydası

Mətbəxlərin olmazsa olmazı aspiratorlar həm də ən böyük ehtiyaclarından biri hesab olunur. Bu baxımdan aspiratorların təmizlənməsi və təmiri üçün mütəmadi baxım lazım olur. Mətbəxdə olan ağır yemək qoxularını yox etməklə evinizi daha freş qoxularla saxlamaq mümkündür.Ancaq aspiratorlar bir müddət sonra təmizlənmədikdə artıq əvvəlki işləkliyini itirir və istədiyiniz nəticəni vermir. Buna görə də məsləhətdir ki, aspiratorun içində yığılan kir və yağlar vaxtaşırı təmizlənsin.

Qısa zaman aralığında edilən təmizlik, aspiratorun daha səmərəli işləməsini və uzun ömürlü olmasını təmin edəcəkdir. Davamlı olaraq yemək bişirilən mətbəxlərdə hər ay mütləq aspiratorun filtri təmizlənməlidir.

Aspirator təmizliyi iki mərhələdən ibarətdir – aspiratorun xarici və aspiratorun filtr təmizliyi.

Aspiratorun xarici təmizliyi

Elektrik mənbəyindən çıxardılan avadanlığın içi və çölü, zərər verməyən bir kimyəvi maddə və yumşaq bir bezlə ya da süngər ilə silinir. Kimyəvi maddə olaraq da yuyucu vasitələrdən, yağ çıxardan təmizləyicilərdən və ya fərqli təbii alternativlərdən seçə bilərsiniz.

Aspirator filtri necə təmizlənir?

Aspiratorlar, metal filtrli və karbon filtri olaraq iki qrupa bölünür. Karbon filtrlərin 4 ayda bir dəyişdirilməsi məsləhət görülür. Evlərdə daha sıx rast gəlinən metal filtrlər isə xüsusi bir təmizlik istəyir. Çünki aspiratorların işləmə vaxtı məruz qaldıqları kir və yağ xüsusilə filtrlərin üzərində yığılır. Zəhmət tələb edən və buna görə laqeyd yanaşılan bu təmizlik, əslində olduqca praktik üsullarla edilə bilər.

Aspirator filtr təmizlənməsi üçün tətbiq oluna biləcək bütün üsullar cihazın filtrdən ayrılması ilə başlayır. İstifadəyə dair təlimatlarda göstərilən üsulla filtrləri söksəniz, ləkələr və kirləri asanlıqla yox etməyə imkan verəcəkdir. Çıxardığınız ekstraktor filtrlərini təmizləyə biləcəyiniz üçün bir neçə praktik təmizləmə metodu hazırladıq:

Əgər aspiratorunuzda hər hansı bir nasazlıq varsa, o zaman Cagir.az-ın aspirator ustasına müraciət edə bilərsiniz. Usta işini operativ, keyfiyyətli görəcəkdir. Bir neçə kliklə sifarişinizi edirsiniz və usta qapınızda. Əlaqə nömrəsi: +994703482606.

1. Qabyuyan maşını ilə

Metal aspirator filtrlərini, qabyuyan maşında yuyaraq rahatlıqla təmizləyə bilərsiniz. Bu üsul çox yığılmayan kir və yağlar üçün təsirli olar. Ancaq, qabyuyan maşının içində uzun müddət qaynar suya məruz qalan filtr işləyişini müəyyən müddət sonra itirə bilər.

2. Yağ təmizləyicisinin gücü

Filrlərin üzərində yığılan yağlar və kirlər, yağ təmizləyici vasitələr ilə təmizlənə bilər. Bu üsul üçün əvvəlcə spreyli yağ təmizləyicini, filtrlərin üstünə püskürdün. Təxminən 5 dəqiqə ərzində yağ və kirlərin ləğvini gözlədikdən sonra, filtrləri sərt tükləri olan fırça ilə firçalayın. Son olaraq, qabyuyan təmizlik vasitəsi və süngər ilə filtləri kimyəvi maddələrdən təmizləyib su ilə durulayın.

3. Yağ təmizləyicisinin gücü

Bu üsulun birinci addımı, filtrlərin yerləşəcəyi bir tavanın içində bir miqdar su qaynatmaqdır. İsti suyun içinə bir stəkan ağ sirkə əlavə edin. Su qaynadığında 1 fincan karbonatı yavaş-yavaş əlavə edib, aspirator filtlərini tavaya əlavə edin. Filtləri təxminən 10 dəqiqə müddətində isti suda saxladıqdan sonra, sərt tükü olan fırça ilə firçalamaq lazımdır.

4. Cagir.az

Əgər vaxtınıza qənaət etmək və təmizlik işini peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın təmizlik xidmətinə əminiklə müraciət edə bilərsiniz. Bir neçə klik ilə icraçımız qapınızda!

Aspirator filtlərinin üzərində yığılmış kir və yağlar çoxdursa, təmizliyin əvvəlində bu kirli sahələri az miqdarda zeytun yağı ilə ovaraq yumşaltmaq lazımdır. Aspirator örtüklərini və hissələrini təmizləyəndə elektrik hissələrinə su girməməsinə diqqət etmək lazımdır. Hissələri tək-tək su ilə durulamaq və hissələrdə təmizlik vasitələrin qalmadığından əmin olmaq lazımdır. Xüsusilə də, aspirator filtləri tamamilə quruduqdan sonra yerinə yerləşdirilə bilər.

cagir.az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: