Evdə pişik saxlamaq məsuliyyətlidirmi?

Pişiklər bizim ən yaxın dostlarımızdır. Evdə pisik saxlamaq fikrinə düşdükdə bunun nə qədər məsuliyyət tələb etdiyi də düşündürür. Onlarla eyni evdə yaşamağa başladıqdan sonra bunun həm məsuliyyət həm də çox gözəl bir təcrübə oldugunu anlamağa başlayırıq. Buna görə də deyərdik ki, pişikləri evdə yönləndirmək əvəzinə bu vəziyyətdən zövq almağa və ona öyrəşməyə çalışın. Evdə pişik saxlamaq qərarına gəlsəniz bu haqda bir çox bloglar oxuyaraq və ya videolar izləyərək araşdıra bilərsiniz. Heyvanlar arasında pişiklər insana ən tez uygunlaşan və incə hərəkət edən kiçik dostlardır. Ev heyvanı baxımı gözünüzə çətin proses kimi görünsə də, əslində onların qayğısına qalmaq çox az əziyyət tələb edir. Əsas odur ki, mütəmadi pişik baxımı üçün baxıcıya göstərəsiniz. Digər halda pişiklər evdə sizi narahat edəcək heç bir hal ilə qarşılaşmayacaqsınız. Ancaq bütün sevimlilikləri ilə yanaşı evdə pişik saxlamaq az da olsa məsuliyyətlər tələb edir. Onlar üçün xüsusi yaşayış yeri ayırmaq, yemək və digər ehtiyaclarına qarşı diqqətcil olmaq, həmçinin evdən kənarda da kifayət qədər vaxt keçirməsi üçün gəzintiyə çıxarmaq kimi bir neçə məsuliyyət sizi gözləyir. İndir isə bütün bunları daha ətraflı aşağıdakı yazımızda danışacağıq. Gəlin, birlikdə araşdıraq!

Pişik saxlamaq məsuliyyətdir.

Pişiyinizin özünü rahat hiss etməsi ən böyük məsuliyyətlərinizdən biridir. Bundan əlavə, mütəmadi olaraq qida və su verməniz, müntəzəm peyvəndlərini vurdurmanız, tualet qabını və tükləri daim təmizləməyiniz lazım olan bir ev dostunuzun olduğunu dərk etməlisiniz. Artıq harasa uzun müddətli getdiyiniz zaman pişiyinizə qayğı göstərən birinin olması da vacib olan məsuliyyətlərinizdəndir.

Pişiklər üçün ev hazırlığı.

Evdə bir pişik saxlamaq qərarına gəldiyiniz zaman əvvəlcə pişiyiniz üçün uyğun bir yaşayış sahəsi yaratmanız vacibdir. Evinizdə kiçik dəyişikliklər etməyiniz lazım ola bilər. Pəncərələrinizi və qapılarınızı bağlı saxlamalısınız. Elektrik enerjisi, telefon naqilləri pişiklər üçün böyük bir təhlükədir. Bundan əlavə saxsı qablarda olan güllər, pişiklərinizin dişləyə biləcəyi bitkilər də onların sağlamlığı üçün təhlükəlidir. Unutmayın ki, eviniz pişiyiniz üçün yad bir yerdir və hələ də yeni evinə alışmayan pişiyiniz qarşılaşa biləcəyi təhlükələrdən xəbərsizdir.

Pişik baxımı vacibdir.

Əgər çölə çıxıb, gəzib, qayıdan pişiyiniz varsa, evə qayıdarkən kənardan gətirəcəyi parazitlərin və ya mikrobların qarşısını almaq üçün mütəmadi olaraq peyvənd etdirməlisiniz. Çöldən qayıdan pişiyin sadəcə ayaqlarını silmək pişik qulluğu üçün kifayət deyil. Hər gün pişiyinizin tüklərini fırçalamaq, çöldən gələ biləcək gənə kimi təhlükələrin erkən müdaxiləsinə imkan verir. Yox əgər pişiyiniz çölə çıxmırsa, hər gün olmasa da tez-tez fırçalama rutinini yaratmağınız faydalıdır. Pişiyinizi gənc yaşlarından fırçalamağa vərdiş etdirdiyiniz zaman həm tüklərinin sağlam olmasını təmin edəcək, həm də pişiyinizin lazımsız tükləri udmasına və bağırsaq tıxanmasına mane olacaqsınız.

Pişik olan ev xüsusi təmizlik tələb edir.

Evdə pişik bəsləmək çox xoşdur, lakin bu ev təmizliyində daha çox qayğı tələb edir. Evdə pişik saxlamanın çətinliklərindən biri də mütəmadi olaraq ev təmizləmə məsuliyyətinizdir. Gigiyena qaydalarına daha çox diqqət yetirməlisiniz. Pişiyinizin yemək qabı və su qabısı gündəlik təmizlənməlidir. Pişiklər ildə iki dəfə tük tökürlər, ev pişiklərində isə bu daha çox olur. Mütəmadi olaraq pişiyinizi fırçalamaq, daha çox tük tökülməsinin qarşısını alır. Pişiyinizin həmişə yatdığı yerləri mütəmadi tüklərdən təmizləyib, isti su ilə yumağınız lazımdır. Yatdığı yerlərdə yarana biləcək bakteriyalar həm pişiyinizin allergik simptomlar yarada bilər, öz sağlamlığınıza mənfi təsir göstərə bilər. Xüsusilə pişiyinizin tualet qabını çirkli saxlamamalısınız. Qum dəyişdiyiniz vaxt tualet qabını da mütləq yumalı, yeni qum tökmədən qabın yaş qalmadığından əmin olmalısınız. Pişiyinizin tualet qabını mümkündürsə çöldə yumalısınız, əgər belə bir imkanınız yoxdursa qabı vanna otağında yuduqdan sonra vanna otağınızı və qabı qoyduğunuz yeri yaxşıca təmizləyin.

Əziz ev heyvanlarının sahibləri! Artıq evinizdə olmayarkən, səyahət edərkən, məhdud vaxtınız olduqda ev heyvanınızı (itin saxlanılması, pişiyin saxlanılması) əminliklə cagir.az bazasında olan heyvansevər, təcrübəli baxıcılarımıza, istər icraçının evində, istər də öz evinizdə həvalə edə bilərsiniz!

İtə qulluq / it baxımı, pişiyə qulluq / pişik baxımı, dişlərin təmizlənməsi, tüklərin rənglənməsi xidmətləri də mövcuddur. Sifariş və ətraflı məlumat üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994 70 348 26 06.

cagir.az

Leave a Reply

%d bloggers like this: