Qarışqalardan necə qurtulmaq olar?

Evin künclərində və ya mütəlif yerlərində olan qarışqalar gün keçdikcə daha çox narahat etməyə başlayır. Ancaq bu kiçik canlılardan xilas olmaq və birdəfəlik sağollaşmaq asan və sadədir. Qeyd edək ki, bu kiçik zəhmətkeş canlılar insana birbaşa zərər verə bilmirlər. Lakin bizə verəcəkləri zərər yemək və əşyalarımız tərəfindən dolayı yolla gəlib çatır. Əsasən də mətbəxdə qarışqa sırası görmək xoşagəlməz görüntüdür.

Bu yazımızda sizə qarışqalardan xilas olmağın yollarından danışacağıq. Onlara təbii üsullarla dezinfeksiya edərək zərər vermədən necə xilas olmaq olar gəlin birlikdə araşdıraq.

Təbii üsullarla qarışqalardan xilas olmaq

Qarışqa nəyə gəlməz? Probleminə cavab axtaranlar üçün məsləhətimiz: qəhvə zəmini, darçın, sitrus qabığı kimi təbii məhsullardan istifadə edərək yuvalarına gəlmələrinin qarşısını almaqdır.

Qəhvə zəmini: Faydaları saymaqla bitməz, bir faydası qarışqalardan xilas olmaqdır. Qarışqaların sıx olduğu bölgəyə qəhvə zəmini tökün (yuvalarına). Bir neçə gündən sonra qarışqalar evinizi və sizi tərk edəcəklər.

Darçın: Qarışqaların yuvalarına və ya keçdikləri yollara az miqdarda darçın tozu səpin.

Su, ağ sirkə və qab sabunu: 2 stəkan suya bir az ağ sirkə, 2-3 qaşıq qab sabunu əlavə edək. Bu qarışığı digər üsullarla etdiyimiz kimi qarışqa yuvalarına tökün.

Uşaq pudrası: qarışqaların keçdiyi yollarda uşaq pudrasını tökün. Toz qoxusu səbəbindən qarışqalar yollarını tapa bilmir və yuvalarına qayıda bilmirlər.

Sitrus qabıqları: Gəlin limon qabığını sitrus qabığı kimi istifadə edək, mikserdə kiçik hissəciklər olana qədər limon qabığını əzin və qarışqa yuvasına tökün.

Sirkə: Evdə kimyəvi maddələrdən uzaq şəkildə, tez-tez təmizlik işləri görmək üçün istifadə olunan bu sirkə, qarışqalardan xilas olmağın ən doğru və təmiz yollarından biridir. Sirkəli su hazırlayın və bu suyu qarışqaların uzun, nazik zolaqlarlarla daxil olduğu ərazilərə ya çiləmə üsulu ilə və ya bir parça bezin köməyi ilə tətbiq edin. Qarışqalar sirkəni iylədikdə geri qayıtmaq istəməyəcəklər, beləliklə sizdə zərər vermədən onlardan qurtulacaqsınız.

Nanə yağı: Nanə yağı ilə tanış olduğumuz zaman, əslində düşünə biləcəyimizdə daha faydalı bir yağ olduğunu başa düşürük. Burun tıxanıqlığından tutmuş xoruldamağa qədər bir çox problemi müalicə edə bilən nanə yağı, bu dəfə də heyrətləndirici bir istifadəsi ilə qarşımızdadır. Qarışqaların yollarını itirməmək üçün buraxdığı xüsusi qalıqların qoxusunu silib-süpürə bilən nanə yağı, onların evinizdən uzaqlaşmağına şərait yaradacaq.

Bir sprey şüşəsini su ilə doldurun və üzərinə 10-15 damcı nanə yağı əlavə edin. Sonra bu suyu qarışqaların gəldiyi ərazilərə səpin. Əgər qarışqalar mətbəxinizdəki demək olar ki, hər yerdən çıxırsa dərin bir qazanda su qaynadın və suya bol miqdarda nanə yağı əlavə edin və daha təsirli nəticələr əldə etmək üçün bu suyun buxarlanmasına icazə verin. Nanə yağının qoxusu bütün mətbəxinizi bürüyəcək və qarışqalar yavaş-yavaş uzaqlaşacaqlar.

Əgər sizə ev, bağ, ofisinizdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsi xidməti lazımdırsa, o zaman cagir.az-ın dezinfeksiya xidmətindən yararlana bilərsiniz. Sifariş üçün bu linkə daxil olun.

Qarışqaları onlara zərər vermədən mətbəxinizdən çıxara biləcəyiniz üsulları izah etdik, lakin bunları bilmədən də olmaz: bütün bu üsullar qarışqaları evinizdən uzaqlaşdıracağına baxmayaraq, əsasən etməli olduğunuz şey evinizi, mətbəxinizi həmişə təmiz saxlamaq, yerə düşən qırıntıları və qalıqları qısa müddətdə yığmaq, zibil qutusunu isə olduqca gigiyenik qaydada istifadə etməkdir.

cagir.az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: