Evdəki bakteriyalara qarşı tədbirlər

Korona virus-dan sonra məlum məsələdir ki, bakteriya və mikroblara qarşı daha həssas, daha çox tədbir görməyə çalışırıq. Bəzilərimiz evi tez-tez dezinfeksiya etdirdiyi halda bəzilərimiz öz bildiyimiz üsullarla təmizləyirik. Virusdan sonra bütün dünya mikroblarla mübarizə aparmağın yollarını axtarmağa başladı.Bu müddətdə bizə məlum oldu ki, ev təmizləmə, dezinfeksiya həyatımızda önəmli nüanslardır. Evdə mikrobların gizləndiyi yerləri aşkarlamaq və həmin yerləri mütəmadi təmiz saxlamaq çox vacibdir. Yazımızda bütün bunlarla yanaşı mikroblarla necə mübarizə aparmaq lazımdır onu vurğulayacağıq.

Mikrobların və bakteriyaların ən çox olduğu yerlər

Ən təsirli təmizləmə üsullarını sınamazdan əvvəl, ilk növbədə evin ən çox bakteriya və mikrob yığdığı yerləri bilmək lazımdır. Araşdırmalara görə, evlərdə 300-dən çox bakteriya olur. Evin təmizlənməsinə baxmayaraq, bəzi yerlərdə mikrob və bakteriyalar gizlənirlər. Mikroblardan qurtulmaq və xəstəliklərə tutulmaq istəmirsinizsə, həftədə bir dəfə dərindən təmizlik etməyə çalışın. Evinizin ən çox bakteriya və mikroblu olan yerlər aşağıdakılardır.

1. Qab süngərləri və moydadırlar

Mətbəxlər ən çox istifadə olunan sahələr olduğundan, ən çox mikrob olan yerlərdir. Qida qalıqları, mətbəx süngərləri və mətbəx moydadırları ən çox bakteriya olan yerlərdir. Qab süngərini hər gün dəyişdirə bilmirsinizsə, hər gün yuyucu vasitə ilə yuyun. Mətbəx moydadırında olan yemək qalıqlarında bir çox mikroblar olur. Tamamilə bir mikrob yuvası olan moydadırlar bir çox xəstəlik gətirə bilər. Buna görə bakteriyaların meydana gəlməsinin qarşısını almaq üçün hər gün yuyucu vasitə ilə moydadırı təmizləmək lazımdır.

2. Elektron cihazlar

Elektron cihazlar mikrobların ən çox toplandığı yerlərdən biridir. Bütün gün bu qurğularla iç-içəyik. Planşetlər, smartfonlar, kompüterlər, xüsusən televizor pultları və s. Onlardan istifadə edərkən əllərinizin təmiz olduğundan əmin olun. Evə çatan kimi əllərinizi təmiz yuyub, cihazları da təmiz bir salfet ilə təmizləməniz lazımdır.

3. Diş fırçası

Diş fırçaları bakteriyaların çoxalmağı ən çox sevdiyi yerlərdən biridir. Yaş diş fırçalarında minlərlə mikrob olur. Mütəxəssislər diş fırçasının hər 3 ayda bir dəyişdirmək lazım olduğunu bildirirlər. Dəsmallar isə hər gün dəyişdirilməli olan əşyalar arasındadır.

4. Paltaryuyan maşını

Paltaryuyan maşının evinizdəki ən təmiz əşya olduğunu düşünə bilərsiniz. Ancaq bu, bu doğru deyil. Çirkli paltarları maşına atdığınız zaman bakteriya və viruslar da çoxalır. Paltaryuyan maşını təmiz saxlamağın yolu həftədə bir dəfə bir stəkan yuyucu tozu ilə maşını boş vəziyyətdə işlətməkdir.

5. Qapı tutacaqları

Mikroblar qapı tutacaqlarında, lampalarda, su kranlarında, əllə toxunan yerlərdə sürətlə çoxalır. Bu səthləri həftədə bir dəfə sterilizə etməlisiniz. Bu mikroblar əllərimizin toxunduğu hər yerdə gəzdiyi üçün gündə ən azı iki dəfə qapı tutacaqlarını və qapı zənglərini təmiz bir bez ilə silməklə bakteriyaları məhv edə bilərik.

6. Unitaz

Tualet qapağı açıq qalmış vəziyyətdə sifon çəkilsə, mikroblar hamam otağına yayılır. Pis mikrobları məhdudlaşdırmaq üçün unitazı həftəlik təmizləyin və qapağını bağlı saxlayın.

7. Makiyaj vasitələri

Makiyaj vasitələri olan çantalar tam bir mikrob yuvasıdır! Hər yerə aparıla bilən bu çantaları da hara gəldi qoyuruq. Bir mikrob yuvasına çevrilən bu çantaları sabunlu su ilə təmizləmək lazımdır.

8. Ev heyvanı qabları

Ev heyvanlarına yem və su verildiyi qablarda gigiyenaya diqqət yetirməlisiniz. Həftədə ən azı iki dəfə yuyucu vasitə ilə təmizlənməlidir. Xüsusilə, tüklü oyuncaqlar həmişə uşaqların əlində olduğundan, daim yuyuması lazımdır. Tüklü olduqları üçün çox miqdarda toz toplaya və bakteriya saxlaya bilərlər.

Odur ki, peşəkar dezinfeksiya xidmətindən yararlanmaq istəyirsinizsə, əminliklə cagir.az-a müraciət edə bilərsiniz. Dezinfeksiya üzrə icraçılarımız evlərin, ofis və obyektlərin hərtərəfli dezinfeksiyasını həyata keçirir. Dezinfeksiya prosesi zamanı məkanınız virus, mikrob, həşərat və bakteriyalar əleyhinə maddələrlə dərmanlanır. Sifariş üçün bu linkə daxil olun. Əlaqə nömrəsi: +994 70 348 26 06.

Vaxtınıza qənaət edib, təmizlik işlərinizi peşəkarlara həvalə etmək istəyirsinizsə əgər, o zaman Cagir.az-ın təmizlik xidmətini sadəcə bir kliklə məkanınıza sifariş edə bilərsiniz. Sifariş üçün bu linkə daxil olmağınız kifayyətdir. Əlaqə nömrəsi: +994703482606.

cagir.az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: