Analar üçün ən vacib məhsullar

Yeni ana olanlar və ya ana olmağa hazırlaşanlar, sizi bu yazımızda aydınladacaq məhsullarımızla tanış edəcəyik. Hansı ki, çoxdandır belə bir məlumat axtarırdınız. Bu faydalı məhsullar ilə övladınızı da faydalı şəkildə qidalandıra bilərsiniz. Elə isə yazıya yaxın əyləşin və diqqətlə oxuyun. Həyatınızı asanlaşdıracaq faydalı məsləhətlər və faydalı məhsullar ilə sizi tanış edəcəyik.

Padalily. Körpənizin avtomobil oturacağını rahatlıqla daşıya biləcəyiniz bu sadə, lakin mükəmməl yastıq sizin övladınızı daşımaqdan yorulan əllərinizi rahatladacaqdır. Padalily bazara təqdim olunan ilk belə növ yastıqlardan idi. Təbiidir ki, hal-hazırda bu növ daha da ucuz yastıqlar tapmaq mümkündür, amma təcrübəli analar bu məhsulun orijinalının daha keyfiyyətli və dözümlü olduğunu iddia edirlər.

Skip Hop Pronto. Bəzən körpənizin bezini dəyişmək üçün uyğun yer tapa bilmir və ya sadəcə olaraq özünüzü belə yerlərdə narahat hiss edirsiniz. Dahiliyin kiçik bir parçası olmuş bu məhsul tərkibində dəyişmə yastığı, bez üçün ciblik və təmizləyici parçanı da əhatələndirir. Lazım olduqda bu məhsulu bel çantanıza atıb və ya sadəcə özünü götürməklə istifadə edə bilərsiniz. Hətta körpə arabasına taxmaq üçün sancaq hissəsi də mövcuddur.

Aden + Anais Easy Swaddle Blankets. Uşaqların əksəriyyəti körpə vaxtı bələkdə saxlanılır. Amma bəzi bələk vasitələri sərtliklərindən dolayı körpənizə zərər verə bilər. Bu super yumşaq ədyal sizə və övladınıza tam rahatlıq gətirəcəkdir.

Boppy Travel Pillow. Körpənizin səyahəti üçün nəzərdə tutulmuş bu yastıq onu səyahət vaxtı rahat uzatmağınıza imkan verəcəkdir.

Chicco Caddy Hook-On High Chair. Restoranlardakı çirkli körpə masalarını istifadə etmək istəmir və ya körpə masası olmayan dostunuzgilə getmək istəyirsinizsə, bu möcüzəvi məhsul tam sizlikdir. Tam qatlana bilən, avtomobilinizdə və ya ictimai nəqliyyatda rahatlıqla daşıya biləcəyiniz bu masanı əsas masanın künc hissəsinə bağlayaraq körpənizi orda əyləşdirə bilərsiniz.

Moby Wrap. Körpələri rahat gəzdirmək üçün ana və atalar bolluca vaxt sərf etməli olurlar. Eyni zamanda körpəni gəzdirərkən valideynlər əllərindən də rahatlıqla istifadə etmək istəyirlər. Bu sağlam, rahat körpə daşıyıcısı körpənizi qorumağa və eyni zamanda bir az sərbəstlik almağa imkan verir. Valideynlərin zövqlərinə uyğun müxtəlif parçalar və üslublar da mövcuddur.

cagir.az -Analar üçün 7 vacib məhsul!

Magnificent Baby Magnetic Onesies. Hədsiz dəcəl körpənizi sıx bağlamağa cəhd etmisinizsə, maqnetik körpə tulumlarını istehsal edənlərə təşəkkür edəcəksiniz! Bir neçə saniyədə açılan və bağlanan, ancaq körpəniz oynayarkən onun üzərində rahat oturan bu tulum sizin həyatınızı xilas edəcəkdir.

Yuxarıda sadaladıqlarımız məhsullara əlavə olaraq hamiləlik dövründə özünüzə və daha sonra körpənizə lazım olan masaj vaxtlarını burdan öyrənə bilərsiniz.

cagir.az

Leave a Reply

%d bloggers like this: