Bitki yetişdirərkən edilən səhvlər

Evdə bitki yetişdirərkən araşdırma diqqət etməli olduğumuz məqamları bəzən gözdən qaçırırıq. Bir müddət sonra isə bitkilərin məhv olduğunu müşahidə etməyə başlayırıq. Diqqətə almadığımız bu məqamlar isə onların ömrünü qısaldır daha sonra isə bitkiyə əvvəlki canlılığı vermək mümkün olmur. Bəs bitki yetişdirərkən diqqət etməli olduğumuz nüanslar nələrdir? Ən çox edilən səhvlər və doğrular haqqında bu yazımızda sizinlə bölüşəcəyik.

1. Səhv saxsı torpağını istifadə etmək

Yetişdirdiyiniz bitkiyə uyğun torpaq seçməlisiniz. Bir çox saxsı torpağı yosun, vermikulit və perlit qarışığından ibarətdir və əksər ev bitkisi də bu qarışığı sevir. Bu cür qarışıqlar zərərverici həşəratlardan qoruyur və xəstəlik riskinin qarşısını alır. Kaktus növləri daha çox qumdan ibarət olan, quru qarışımları sevirlər. Orxideyalar köklərinin nəfəs almasına imkan verən qarışımlarla daha xoşbəxt olurlar.

2. Budama

Ev bitkilərinizi ölü yarpaqlardan xilas etmək hər iki tərəfə də fayda gətirər. Bu, yalnız bitkinizin daha gözəl görünməsinə deyil, həm də eyni zaman da bitkini göbələklərdən və xəstəliklərdən qoruyacaqdır. Bəzi yumşaq yarpaqlı bitkiləri isə çıxan xırda saplarını qopardaraq çox sürətli və qarışıq böyüməsinə mane ola bilərsiniz.

3. Böyüməsinin qarşısını almaq

Pəncərələrinizin qarşısını çox bitki ilə doldurursanız, onlardan birinin və ya daha çoxunun yetişməsi üçün kifayət qədər yer olmayacağı deməkdir.Bitkiləriniz arasında mümkün olacaq müharibələrin qarşısını almaq üçün hər birinə kifayət qədər böyümə sahəsi verməlisiniz. Bundan basqa, bitki üçün seçdiyiniz saxsının da köklərin inkişafı üçün yetərli olduğundan əmin olun.

4. Günəşdə yanmaqlarına səbəb olmaq

Bitkilər də günəşdə yana bilər. Həssas bir bitkini uzun müddət birbaşa günəş işığı altında yerləşdirsəniz, yarpaqları qəhvəyi olar və bitki cansızlaşmağa başlayar.

5. Bitkilərin yuyulması

Bitkilərinizi zərərvericilərdən və yetəri qədər günəş işığı almasına mane olan tozlardan xilas etmək üçün təmizləməlisiniz. Bunun üçün bitkinizi axar suyun altında yumağınıza ehtiyac yoxdur. Əlinizə nəm salfet və ya süngər götürüb yarpaqları bir-bir silə bilərsiniz.

6. Köklərini çürütmək

Bitkiniz kökləri çox suvarmanın nəticəsi olaraq tez qurumağa başlayar. Bunun qarşısını almaq üçün, bitkinin torpağında bir drenaj çuxuru qazaraq köklərin nəfəs almasına kömək edə bilərsiniz.

7. Səhv sulama

Bitkiniz yaşıl və qəhvəyi rəngə arasında bir rəngə çevrilib yarpaqları tökülər. Bu vəziyyət ümumiyyətlə həddindən artıq sulamanın və ya altdan sulamanın əlamətidir. Bəs, bitkinizi çox və ya az suladığınızı necə biləcəksiniz? Çox su verdiyiniz zaman bitkinin torpağı nəm və palçıq olur, yarpaqları qəhvəyi rəng olur, bitkinin sarı yarpaqları tökülür. Altdan suladığınız zaman isə yarpaqların kənarları quruyur və yarpaqlar qırılmağa başlayır. Bitkinizin necə və nə qədər sulanmağına dair internetdə məlumat tapa, və yaxud xüsusi tətbiqlər vasitəsilə öyrənə bilərsiniz. Belə bir mobil tətbiqlərdə bitkinizin yerləşdiyi ətraf mühit şərtlərini qeyd edirsiniz və tətbiq sizə bitkinin necə və nə qədər sulanacağını izah edir.

Eviniz hər zaman çiçək-tək təravətli və təmiz olsun! Vaxtınıza qənaət edib, təmizlik işlərinizi peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın ev temizleme, ofis temizleme kimi xidmətlərindən yararlana bilərsiniz. Bir neçə kliklə sifariş edirsiniz, və icraçımız qapınızda! Əlaqə nömrəsi: +994703482606.

cagir.az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: