Metabolizma sürətləndirici qidalar

Nə qədər genetikamız bizim yağ yandırma kimi qabiliyyətimə təsir etsə də, bir neçə qidalar var ki, onlar metabolizmanı sürətləndirməkdə kömək edir. Metabolizmanı sürətləndirən, fit bir görünüş üçün tez-tez istifadə etməli olduğunuz qidaları bilirsinizmi?

Arıqlaya bilmədiyimiz zaman metabolizmamızı günahlandırırıq. Beləliklə, bəzi super qidalar sayəsində arıqlaya və xəyal etdiyimiz bədənə çata bilərik. Yediklərimiz metabolik prosesimizə birbaşa təsir etdiyindən kilo vermək daha asan olur.

Bəs metabolizmanı sürətləndirmək üçün hansı qidalar istifadə edilməlidir? Gəlin birlikdə xatırlayaq…

Avokado

Avokado, mono və çox doymamış yağdan ibarət olan bir meyvədir. Nahar yeməyində yalnız bir avokado yesəniz belə, saatlarla tox qala bilərsiniz. Avokado iltihab əleyhinə bir yemək olduğu üçün bədənin metabolizma sürət dərəcəsinə müsbət təsir göstərir.

Kokos yağı

Son illərin ən məşhur sağlam yağlarından biri olan kokos yağı, enerjinizi artırır, metabolizmanızın sürətini artırır və qaraciyərinizi qoruyur. Gündəlik bir qaşıq kokos yağı qısa müddətdə bel bölgənizdəki yağların əriməsinə kömək edir.

Yaşıl çay

Antioksidant və iltihab əleyhinə təsirlərə əlavə olaraq yaşıl çay bədənin yağ metabolizmasını sürətləndirən gözəl bitki çayları arasında birinci yerdədir. Mütəmadi yaşıl çay istifadəsi ilə bədəninizdəki artıq yağların yandırılmasını da asanlaşdıra bilərsiniz.

Qəhvə

Qəhvə tərkibindəki kofein maddəsi səbəbindən metabolizmanı sürətləndirir. Kofeinsiz qəhvə, əksinə, normal qəhvə ilə eyni dərəcədə metabolizmaya təsir göstərmir, amma mütəmadi olaraq istifadə edilərsə yağ yandırılmasını artıra bilər.

Acı bibər

Acı bibərin tərkibindəki maddələr, metabolizmanı sürətləndirməkdə çox uğurludur. Acı bibərin müntəzəm istifadəsində arıqlamaqda təsirli ola biləcəyini sübut edir.

Yumurta

Yumurta əla protein və sağlam yağ mənbəyidir. Kalorisi də azdır. Yumurtadakı yüksək vitamin B, yediyiniz bütün digər qidaları enerjiyə çevirməkdə əlavə fayda verir. Bu səbəbdən görə yumurta metabolik sürətinizi yaxşılaşdırmaq üçün ən yaxşı qidalardan biridir.

Zəncəfil

Yeməklərə və ya içkilərə zəncəfil əlavə etmək bədən istiliyini tənzimləyir və metabolik sürətini artırır. Zəncəfil də iştaha nəzarət edir. Zəncəfil istifadəsi ilə xolesterol səviyyənizi tənzimləyə bilərsiniz. Bütün bunlara əlavə olaraq, zəncəfil qidalarınıza və içkilərinizə ləzzət əlavə edərkən eyni zamanda da kilo verməkdə sizə köməklik göstərir.

Lobya

Bütün növ lobyalar maddələr mübadiləsinə çox yaxşı təsir göstərir. Yaşıl lobya və ya quru lobya istifadə etməyinizdən asılı olmayaraq metabolizmanızın sürətləndiyini görəcəksiniz. Lobya zülalla zəngindir və tox saxlayır. Bununla birlikdə, lobya bədəninizdəki əzələ kütləsini qorumağa kömək edir.

Kətan toxumu

Kətan, zülal, vitamin və digər vacib qida maddələrindən ibarət bir qidadır. Kətan toxumu sağlamlığa böyük təsir göstərir. Kətan toxumlarından istifadə etmək diabet, piylənmə və ürək xəstəliklərindən yüksək səviyyədə qorunma təmin edir, eyni zamanda maddələr mübadiləsini sürətləndirir.

Xanımlar, hər zaman sağlam, baxımlı və gözəl olun!

Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir!

cagir.az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: