Saçların uzanma sürətini adətən genetik faktorlara görə əsaslandırırlar. Bəziləri saçın gec uzanmasından şikayətlənərkən, bəziləri də tez uzanmasından gileylənir. Müxtəlif saça qulluq prosedurları olduğu halda saçın dibinə gec təsir edən saç növləri də vardır bunun səbəbini genetik faktorda görmək olar. Normal uzanan saç tipində uzanmanı sürətləndirən ən çox yayılmış üsul soğan suyudur. Soğan suyunun saça nə kimi faydaları olduğunu, eləcə də uzanmaya birbaşa təsir etdiyi ilə bağlı yazımıza nəzər yetirə bilərsiniz.
Saçlarınıza qulluq etsəniz də, bəzən uzunması üçün uzun müddət lazımdır. Ancaq xəyallarınızdakı saça çatmaq soğan suyu ilə çox asandır. Mütəxəssis ifadələrinə görə, soğan suyunun saçlara bir çox faydası var:
- Saç tökülməsinin qarşısını alır,
- soğan suyu tərkibindəki kükürd ilə saç uzanmasını sürətləndirir,
- Ekzema və göbələk kimi baş dərisi xəstəliklərinin müalicəvi xüsusiyyətlərinə də malikdir.
Yemək bişirərkən gözlərinizin yaşarmasına səbəb olan kükürd baş dərinizdəki qan dövranını sürətləndirir. Kaş ki, əvvəllər bilsəydim deyəcəyiniz soğan suyu ilə arzuladığınız uzun saçlara qovuşacaqsınız.
Budur, heç kimin bilmədiyi soğan suyu ilə saç uzatma reseptləri.
Resept №1
Lazım olanlar:
4 soğan
1 litr su
Qazan
İstifadə:
- Soğanı soyun və doğrayın.
- Bir qazanda 1 litr su qaynadın.
- Soğanı qaynar suya əlavə edin və 10 dəqiqə qaynadın.
- Soğan suyunu soyumağa qoyun.
- Yuyulmuş saçlarınızı soğan suyu ilə yaxalayın.
- Saçınızı bir gün yumayın.
Bu müddətdə soğan suyunun saçlarda qoxu yaratdığını xatırlatmaq istəyirik.
Ancaq sizi narahat edərsə, bir neçə saat gözləyib yuya bilərsiniz.
Resept №2
Lazım olanlar:
2 soğan
şirə çəkən maşın
İstifadə:
- 2 ədəd soğanın suyunu şirə çəkəndə çəkin.
- Çəkdiyiniz soğan suyunu baş dərinizə tətbiq edərək masaj edin.
- Bir saat saçınızda saxlayın.
- Sonra masaj edərək saçınızı yuyun.
Resept №3
Lazım olanlar:
2 soğan
1qazan
1 litr su
saç üçün hamam papağı və ya salafan
İstifadə:
- Soğan qabığını soyun və qaynadın.
- Su soyuduqdan sonra baş dərinizə masaj edərək tətbiq edin.
- Saçınızı hamam papağı və ya salafan ilə bağlayın.
- İki saat gözlədikdən sonra su ilə yuyun.
Resept №4
Lazım olanlar:
1 stəkan soğan suyu
boş bir qab
1 xörək qaşığı bal
İstifadə:
- Bir qabda soğan suyunu bir qaşıq bal ilə qarışdırın.
- Bal tamamilə həll olunandan sonra baş dərinizə çəkərək masaj edin.
- Maskanı saçınızda yarım saat saxlayın.
- Şampun istifadə etmədən saçınızı yalnız su ilə yuyun.
Hər zaman baxımlı olun!
Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir!