Soba təmizliyində ən sadə 6 effektiv üsul var ki, biz də bu yazımızda sizə bu üsullardan bəhs edəcəyik. Sodadan limona qədər bütün təmizlik vasitələri ilə evdə sobanızı təmizləmək çox asandır. Dadlı tort və şirniyyatlarınızın hazırlanmasında böyük payı olan sobalar hər evdə dəyəri ölçülməz vəzifəyə sahibdirlər. Ən təzə çörəklər, yumuşaq kekslər, ət yeməklərinin və daha nələr-nələrin bişirildiyi sobaların zaman-zaman təmizlənməsi lazımdır. Yeməklərin buxarı səbəbindən, sobanın içində bir müddət sonra kir və yağ təbəqəsi yaranır. Təmizlənməsi təxirə saldığınız sobaları təmizləmək vaxtı gəldi.
Necə? Ən təsirli nəticələr göstərən soba təmizləmə üsullarını sizinlə bölüşürük!
1. Sodalı su
“Sobanın içi necə təmizlənir?”
- Soda ilə suyu bir qabın və ya sprey şüşənin içərisində qarışdırın;
- Daha sonra qarışığı sobanın daxili səthinə püskürdün. Əgər sprey şüşədən istifadə etmirsinizsə, bezin köməyi ilə təmizliyinizi edə bilərsiniz;
- Sobanın içinə püskürtdüyünüz sodalı suyu 30 dəqiqə ərzində saxlayın;
- Gözləmə müddəti keçdikdən sonra, sobanın yan səthləri və alt hissəsini nəm bir bez ilə silin.
Hər sobadan istifadədən sonra bu asan təmizlik üsulundan yararlanıb, sobanızın ömrünü uzada bilərsiniz.
2. Sirkəli, sabunlu su
Ekonomik və təbii təmizləyici olan sirkə bu dəfə soba təmizliyində iş
başındadır. Sobadan istifadə zamanı ən tez çirklənən soba şüşəsi bir müddət təmizlənməsə, şüşədə qəhvəyi ləkələr əmələ gələ bilər. Bu xoşagəlməz görüntünün qarşısını almaq üçün sirkəli, sabunlu su istifadə edə bilərsiniz:
- Bir qabın içərisinə eyni ölçüdə sirkə və su əlavə edin;
- Bu maye qarışımına yenə eyni ölçüdə maye sabun və ya rəndələnmiş sabun əlavə edin;
- Yağların rahatlıqla təmizlənməsinə kömək olacaq digər məhsulumuz olan sodanı da eyni miqdarda əlavə edin və qarışdırın;
- Alınan bu təmizləyici vasitədən süngərin köməkliyi ilə sobanızı təmizləyə bilərsiniz;
- Təmizlik bitdikdən sonra nəmli bir bez ilə sobanızı silib, daha parlaq görüntü əldə edə bilərsiniz.
3. Limonlu su
Limonlu suyu daha çox xoşagəlməz qoxuları aradan qaldırmaq və sobaya parlaqlıq vermək üçün istifadə edirlər. Yağlı soba yeməklərindən və balıq yeməklərindən sonra sobada qoxunun qalmaması üçün limonlu suyun istifadə olunması məsləhətli üsuldur:
- Orta ölçüdə bir kasanın içinə ilıq su və limon suyu əlavə edin;
- Daha sonra qab süngəri və ya şüşə silən bezin üzərinə qarışımdan tökü
- Sobanın şüşəli hissəsini, yan səthlərini, daxili səthini limonlu su ilə yaxşıca təmizləyin. Suyun ilıq olması işinizi rahatlaşdıracaq. Limonun qoxusu sayəsində sobada olan yemək qoxusu aradan qalxacaq.
5. Sabun və Portağal yağı
Sobanızın ömrünün daha uzun olması və hər zaman təmiz qalması üçün sizə başqa bir praktik üsul da məsləhət görürük:
- 2 yemək qaşığı sabun, 2 yemək qaşığı soda, 1 çay qaşığı portağal yağı və 1 stəkan isti suyu qarışdırın. Vasitələr tam əriyənə kimi qarışdırmağa davam edin.
- Təmizliyə başlamazdan öncə, sobanızı 140 dərəcədə 10 dəqiqə qızdırın;
- Soba işlək olmayan vəziyyətdə bu məhlulla sobanın içini təmizləyin;
- Bir necə dəqiqə məhlul sobanın içində qaldıqdan sonra, nəmli bez ilə hər yeri silin.
Bu üsul sobadakı yağ və kirləri təmizləyəcək və sobanızdan gözəl portağal qoxusu gələcəkdir.
6. Cagir.az
Əgər vaxtınıza qənaət etməklə həm soba təmiri, həm də soba təmizlik işini peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın təmizlik xidmətinə əminiklə müraciət edə bilərsiniz. Bir neçə klik ilə icraçımız qapınızda!